Siqaret çəkən oğluna görə arvadını döydü 1 il qadağa qoyuldu
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Şəkidə dörd övladının anasını döyərək xəsarət yetirən şəxs 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qaynarinfo-nun məlumatına görə, 1986-cı il təvəllüdlü Şəki sakini K.L. keçmiş həyat yoldaşı E.R.-yə qarşı zorakılıq etməkdə təqsirli bilinib.
Məhkəmə materiallarına əsasən, hadisə 2026-cı ildə axşam saatlarında ailənin yaşadığı evdə baş verib. Münaqişəyə kişinin oğlunun siqaret çəkməsi səbəb olub. K.L. oğluna irad bildirərkən anası E.R. uşağı müdafiə edib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb və kişi qadına əl-qol zərbələri endirib.
Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edərək həyat yoldaşına 2-3 zərbə vurduğunu bildirib. O, qadının təhqiramiz ifadələr işlətməsinə əsəbiləşdiyini, sonradan peşman olduğunu və dəfələrlə üzr istəsə də, barışıq əldə edə bilmədiyini deyib.
E.R. isə məhkəmədə hadisə zamanı K.L.-nin sərxoş olduğunu, əvvəlcə uşaqları, daha sonra isə onu döydüyünü bildirib. Qadının sözlərinə görə, zərbələrdən sonra huşunu itirib və qızı Y.U. onu ayıltdı. O, həyat yoldaşı tərəfindən əvvəllər də dəfələrlə zorakılığa məruz qaldığını, bu səbəbdən həm özünün, həm də dörd övladının təhlükəsizliyindən narahat olduğunu vurğulayıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qadının çənə, döş qəfəsi, qarın, qol və əl nahiyələrində xəsarətlər aşkarlanıb. Həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.
Məhkəmə K.L.-nin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edib. Onun əməlini etiraf etməsi və peşmançılıq bildirməsi yüngülləşdirici hallar kimi nəzərə alınıb.
Beləliklə, K.L.-yə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. O, elektron nəzarət vasitəsi gəzdirməli, saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməməli və Şəki rayonunun ərazisindən çıxmamalıdır.
Bundan başqa, məhkəmə K.L.-yə E.R.-nin razılığı olmadan onunla əlaqə saxlamağı, yaşadığı və işlədiyi yerlərə yaxınlaşmağı, birbaşa və ya dolayı yolla ünsiyyət qurmağı qadağan edib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 Noyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















