“Buna baxmayaraq Paşinyanın qərarı qətidir...”
Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ermənistan hökuməti Rusiyanın müxtəlif dövlət təşkilatlarının Qarabağ ermənilərinə göndərmək istədiyi hümanitar yardımdan imtina edib. Doğru qərardır. Çünki, Ermənistanın baş naziri Nikol Paşinyan üçün Qarabağ erməniləri mövzusu bitib. O bunu iki gün əvvəl Avropa Parlamentindəki çıxışında da bildirib. Qarabağ ermənilərinin kütləvi şəkildə Ermənistan vətəndaşlığının verildiyini deyən baş nazir ermənilərin geri dönüşü siyasətinin yanlış olduğunu, bunun Azərbaycanla münasibətləri yenidən gərginləşdirə biləcəyini vurğulayıb”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Paşinyan bu mövzuya nöqtə qoyarkən, Kreml ermənilərə “humanitar yardım” adıyla Qarabağ mövzusunu yenə qaşımağa çalışır:
“O da aydındır ki, Kreml Qarabağ ermənilərinə humanitar yardım adıyla onları Ermənistanda parlament seçkisi öncəsi Paşinayan qarşı fəallaşdırmağa çalışır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Ermənistanda yaşayan Qarabağ ermənilərinin guya Rusiyanın humanitar yardımlarına ehtiyacı var. Kreml “humanitar yadım” məsələsində israr etməklə Ermənistanın daxili işlərinə qarışır. Ermənistan rəhbərliyi Rusiyaya söyləyir ki, “yardıma ehtiyac yoxdur”, Kreml isə bunun əksini iddia edərək, “Sənin vətəndaşlarına yardım göndərmək istəyirəm” israrından əl çəkmir. Buna baxmayaraq, Paşinyanın qərarı qətidir, Rusiyadan “humanitar yardımların” qarşısı alınıb”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 13 Mart 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















