Icma.az
close
up
RU
“Buna görə gələcəkdə bəzi keşbek kampaniyalarının zəifləməsi...”

“Buna görə gələcəkdə bəzi keşbek kampaniyalarının zəifləməsi...”

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan Mərkəzi Bankı bank kartları ilə ödənişlərdə tətbiq olunan komissiyalara limit qoyub və bu barədə çox sual gəlir ki, vətəndaşın kartından əlavə pul tutulacaqmı? Xeyr, adi istehlakçının kartından ayrıca yeni komissiya tutulmur”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

Onun sözlərinə görə, bunun sadə dildə izahı budur ki, banklar və ödəniş iştirakçıları kartla ödəniş zamanı öz aralarında bölüşdürdükləri interçeync komissiyasına görə artıq müəyyən edilmiş yuxarı həddi keçə bilməyəcəklər:

“Məsələn, Əhməd dayı marketdə kartla 100 manat ödəyəndə əvvəllər həmin məbləğin, tutaq ki, 2 manata yaxın hissəsi banklar arasında komissiya kimi bölüşdürülə bilirdisə, indi yeni qərarla supermarket və ərzaq kateqoriyasında bu hədd maksimum 1 manat 25 qəpik olacaq. Əhməd dayı üçün 100 manat elə 100 olaraq, qalacaq.Beləliklə, yeni limitlərə görə dərman və aptek, həmçinin ərzaq və supermarket kateqoriyalarında bu hədd 1.25 faiz, benzin satışında 0.75 faiz, ümumi kateqoriyada isə 1.5 faiz müəyyən edilib. Bu qərarın əsas məqsədi nağdsız ödənişləri genişləndirmək, POS terminlların yayılmasını sürətləndirmək və xüsusilə kiçik sahibkarların kart qəbul etməyə marağını artırmaqdır. Çünki bəzi obyektlər yüksək komissiyaya görə kart qəbuluna isti baxmırdı. Məncə adi istehlakçı qısa müddətdə ciddi mənfi təsir hiss etməyəcək. Əksinə, kartla ödəniş imkanlarının daha da genişlənməsi mümkündür”. 

İqtisadçı deyib ki, amma qərarın dolayı təsirləri də ola bilər:

“Dünya praktikasında interçeng tipli gəlirlərin retail yönümlü bankların ümumi gəlirlərində payı təxminən 2-6 faiz civarında qiymətləndirilir. Azərbaycanda dəqiq statistika açıqlanmasa da, oxşar diapazon ehtimal edilir.Yeni limitlərdən sonra bu gəlirlərdə müəyyən azalma mümkündür. Buna görə gələcəkdə bəzi keşbek kampaniyalarının zəifləməsi, bonus proqramlarının azalması, müəyyən kart üstünlüklərinin dəyişməsi, bəzi xidmətlərin ödənişli olması və ya premium kart modellərinin genişlənməsi ehtimalı var. Çünki bir çox loyallıq proqramları məhz həmin komissiya gəlirləri hesabına maliyyələşirdi. Uzunmüddətli baxanda isə bu addım daha çox nağdsız iqtisadiyyatın böyüməsinə, dövriyyənin şəffaflaşmasına və ödəniş bazarında daha sistemli qaydaların formalaşmasına təsir edəcək”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 İyun 2026 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri