Buna görə Novruz bayramında sevinmirəm
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"15 il Novruz bayramını qeyd etməmişik. Atam 20-si vəfat etdi, 21-i isə dəfn etdik. Buna görə Novruz bayramı mənim üçün çətindir, sevinmirəm".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Yeganə Mürsəlova "Xəzər axşamı" verilişində deyib. O, atasının vəfatının Novruz bayramına münasibətinə ciddi təsir etdiyini bildirib:
"Üstündən artıq neçə illər keçib. Allah bütün analara can sağlığı versin. Anam mənimlə yaşayır. Öz evimə anamın ocağı deyirəm. Novruz bayramında böyük bacım, qardaşım hamısı mənim evimə yığışırdılar. İllər keçəndən sonra anam dedi ki, bu yaxşı bir şey deyil. Uşaqları bayramdan məhrum edirik. Atam rəhmətə gedəndən sonra mən, qardaşım ailə qurduq. Evə oğul övladları gəldi. Anam dedi ki, Allahın bir bildiyi var. Birini alır, birini verir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 17 Fevral 2026 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















