Icma.az
close
up
RU
“Buna görə o şəxslərə azadetmə tətbiq etdik”

“Buna görə o şəxslərə azadetmə tətbiq etdik”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Son dövrlər Azərbaycan Respublikası tərəfindən beynəlxalq müqavilədəki hallar nəzərə alınmaqla, ikili vətəndaşlıq tanınmır. Ancaq təəssüflər olsun ki, bir neçə vətəndaş müraciət edir ki, digər xarici ölkələrin vətəndaşıdır, orada xidmət keçiblər. Biz də bunların vətəndaşlıq məsuliyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti prosedur qaydalarına riayət etməliyik”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi, polkovnik Azər Babayev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında bildirib. 

“Qərar verilir ki, bunların vətəndaşlıq məsuliyyəti tanınsın. Bu qərardan sonra biz onları hərbi xidmətə cəlb edəndə böyük narazılığa səbəb olur. Deyirlər ki, xidmət keçmişəm, çağırışdan azad edilmişəm, iki uşağım var və s. Bu, ondan doğan məsələdir. Biz burada bir anlayış da vermişik - doğulduğu anda hər iki valideynin Azərbaycan vətəndaşı olması istisna olmaqla.

Burada hüquqi ilə yanaşı, siyasi yanaşma da var. Yəni hər iki valideyn Azərbaycan vətəndaşıdırsa, xidmət etməlidir. Kimsə müraciət edəndə anası rus, atası azərbaycanlıdırsa, onda günah olmur. İlkin olaraq onun siyasi bağlılığı həmin dövlətlədir. O doğulduğu ölkədə müddətli həqiqi xidməti keçməyə borcludur. Biz onu növbəti hərbi xidmət keçməyə çağırırıq və yenidən hərbi xidmətə cəlb edirik. Vətəndaş kimi onun iki dəfə hərbi xidmət keçməsi onun öz iradəsindən asılı olmur. Biz buna görə onlara azadetmə tətbiq etdik”, - deyə A.Babayev bildirib. 

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri