Icma.az
close
up
RU
Bundan sonra şokoladı ancaq varlılar yeyə biləcək

Bundan sonra şokoladı ancaq varlılar yeyə biləcək

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bundan sonra şokoladı ancaq varlılar yeyə biləcək.

Ölkə.Az xarici Kiv-ə istinadla xəbər verir ki, bu barədə Almaniyada yerləşən “Ritter Sport” şirkətinin baş direktoru Andreas Ronken danışıb. O bunun səbəbinin kakao qiymətlərindəki kəskin bahalaşma ilə əlaqələndirib.

A.Ronken qlobal kakao böhranı səbəbindən qarşıdakı dövrdə şokolad qiymətlərinin daha da artacağını bildirib.

Şokolad istehsalçısı 2024-cü il ərzində xammal qiymətlərinin artımını istehlak qiymətlərinə ötürmək məcburiyyətində qalıb. Ronken böhranın miqyasını vurğulayaraq deyib: “Şokolad lüks məhsula çevrilir”.

Xüsusilə, Qərbi Afrikada əlverişsiz hava şəraiti və istehsalın azalması kakao tədarükündə ciddi çatışmazlıq yaradıb. Bu, kakao qiymətlərinin 2023-cü illə müqayisədə təxminən ikiqat artmasına səbəb olub.

Ronkenin sözlərinə görə, bu, son 50 ilin ən ciddi təchizat çatışmazlığıdır. Yaranmış vəziyyət təkcə “Ritter Sport” şirkətinə deyil, bütün sənayeyə təsir göstərir. 
Kakao ilə yanaşı, şəkər və süd kimi digər məhsulların qiymətlərinin artması xərc təzyiqini daha da artırıb. Ronken bu artımların birbaşa məhsul qiymətlərinə təsir etdiyini bildirib. 

Yaranmış vəziyyət artıq alıcılara da təsir etməyə başlayıb. Almaniyadakı bir çox pərakəndə satıcı şokolad qiymətlərinin keçən illə müqayisədə əhəmiyyətli dərəcədə artdığını təsdiqləyib. Ronken istehlakçı tələbatında böyük bir azalma gözləməsə də, məhsulların indi daha az və daha kiçik porsiyalarla alınacağını gözləyir.

“Ritter Sport” həmçinin qarşıdakı dövrdə xərcləri balanslaşdırmaq üçün bəzi məhsulların çəkisini azaltmağı düşünür.

Sənaye nümayəndələri xəbərdarlıq edir ki, kakao qiymətləri 2025-ci il ərzində rekord həddə çata bilər.

Billurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Dekabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri