Icma.az
close
up
RU
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: İki deputat hərəkətə keçdi

Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: İki deputat hərəkətə keçdi

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən ilin dekabrın 25-də AZAL-ın təyyarəsinin Rusiyaya məxsus “Pansir” raketi ilə vurulması nəticəsində Qazaxıstanda qəzaya uğramasından sonra iki ölkə arasında yaranan gərginlik daha da artıb. Rusiyanın hakim “Yedinaya Rossiya” partiyasını təmsil edən deputatların son günlərdə Bakıya qarşı çıxışları bu fonda diqqət çəkir. Xüsusilə Nikolay Valuyev və Yevgeni Popov birbaşa Kremldən təlimat alaraq Azərbaycana əleyhinə kampaniya aparırlar.

Bəzi ekspertlərin fikrincə, iki ölkə arasındakı mövcud vəziyyət heç də ürəkaçan deyil. Hətta gərginlik davam edərsə, rəsmi Bakının Moskva Bəyannaməsinə (2022) yenidən baxa biləcəyi iddia olunur. Çünki Kremlin sərgilədiyi mövqe heç bir halda müttəfiqlik ruhuna sığmır. Nəticə olaraq Rusiya Moskva Bəyannaməsinin müvafiq bəndlərini kobud şəkildə pozur.

Bu bəyannamənin hansı halda pozulması mümkündür? Rəsmi Bakı Moskvanın məsuliyyətdən boyun qaçırması və xoşagəlməz addımları fonunda belə bir qərar verə bilərmi?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, əslində AZAL-a məxsus təyyarənin vurulmasından sonra sərgilənən qeyri-adekvat davranışlar və Rusiyanın hakim dairələri tərəfindən idarə olunan media resurslarında Azərbaycana həqarət yağdırılması, iki ölkə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında bəyannamənin müddəlarının açıq şəkildə pozulması deməkdir:

“Ümid edirəm ki, rəsmi Moskva ölkəmizə münasibətdə sərgilənən ədalətsiz davranışların, heç də Rusiyanın maraqlarına cavab vermədiyini qiymətləndirə biləcək. Şübhəsiz ki, bu məsələdə tam əminlik ifadə etmək də mümkün görünmür.

Hazırda Rusiyadan tələb və gözləntilər hansısa qeyri-adi “jestlər”in edilməsi ilə bağlı deyil. Mülki təyyarəmizin vurulmasında və qəzaya uğramasında rolu olan hər kəs layiqli cəzasını almalıdır. Bu, qeyri-adi, yaxud dövlətlərin nüfuzunu zədələyə biləcək bir davranış deyil. Hazırda nümayiş etdirilən hərəkətlər Rusiyaya, bu ölkə üçün ənənəvi sayıla biləcək bir regionda, bütövlükdə postsovet məkanındakı münasibəti ciddi şəkildə zədələyir”.

Elçin Mirzəbəyli

E. Mirzəbəyli deyib ki, fərdlər arasında olduğu kimi, dövlətlərarası münasibətlərdə də etimad vacib faktordur:

“Moskva üçün bu, xüsusilə mühüm əhəmiyyət kəsb edir. Çünki Kreml hökuməti Rusiyanın haqlı və ədalətli olduğunu bütün platformalarda sərgiləməyə və özünü kollektiv Qərbin alternativi kimi təqdim etməyə çalışır. Qərbi ikili standartlarda, xalqların, dövlətlərin hüquqlarını pozmaqda ittiham edir.

Təbii ki, bir sıra Qərb dövlətlərinin və təşkilatlarının çoxsaylı standartları nəticəsində beynəlxalq təhlükəsizlik mexanimlərinin sıradan çıxarıldığı göz qabağındadır. Amma bunun qarşısında Rusiyanın özü hansı alternativi təqdim edir? Zənnimcə, rus siyasətçilər propoqandaçıların ikrah doğuran qarayaxmalarından təkrar faydalanmaq əvəzinə, özlərinin dünyaya hansı alternativ təqdim etdikləri barədə düşünsələr, daha yaxşı olar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Fevral 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see330

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see254

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see208

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see171

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see140

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see127

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri