Bundesliqada 100 cü qolunu vurdu
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bavariya”nın vingeri Serj Qnabri Almaniya Bundesliqasında yubiley qoluna imza atıb.
QOL.az xəbər verir ki, 31 yaşlı futbolçu çempionatın 7-ci turunda “Frayburq”la qarşılaşmada (3:1) fərqlənib. Bu onun Bundesliqada 100-cü qolu olub.
"Opta"nın yaydığı məlumata görə, Qnabri bu göstəriciyə 267 oyunda çatıb. Hazırda Bundesliqada çıxış edən futbolçular arasında ondan daha çox qol vuran yalnız Andrej Kramariç (141) və Harri Keyndir (102).
Almaniya çempionatında vurduğu qolların böyük hissəsi Qnabri üçün “Bavariya”nın heyətində qeydə alınıb. O, Münhen təmsilçisi ilə 218 matçda 79 qol vurub. Bundan başqa, futbolçu “Hoffenhaym”da 22 oyunda 10, “Verder”də isə 27 görüşdə 11 dəfə fərqlənib.
Qeyd edək ki, Qnabri karyerası ərzində “Bavariya” ilə 7 dəfə Almaniya çempionu olub.
Baxış sayı:72
Bu xəbər 26 Oktyabr 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















