Icma.az
close
up
RU
Bundestaqa seçkilərdə Fridrix Mertsin partiyasının qalib gələcəyi gözlənilir

Bundestaqa seçkilərdə Fridrix Mertsin partiyasının qalib gələcəyi gözlənilir

Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bundestaqa seçkilərdə Fridrix Mertsin partiyasının qalib gələcəyi gözlənilir

Bu gün Almaniyada federal parlamentə - Bundestaqa seçkilər keçirilir.

Ölkədə səsvermə hüququ olan 59,2 milyon nəfər yerli vaxtla saat 8:00-dan 18:00-dək məntəqələrə gələrək səs verəcəklər.

Almaniyada hər seçici iki səs verir. “Erstimme” adlanan birinci səsi vətəndaş seçki dairəsi üzrə birbaşa namizəd üçün verir və ən çox səs alan namizəd Bundestaqa üzv seçilir. “Zweitstimme” adlanan ikinci səs isə partiyalara verilir və parlamentdə partiyaların təmsilçiliyini müəyyən edir. Partiya Bundestaqa daxil olmaq üçün ən azı 5 faiz səs toplamalı və ya 3 birbaşa mandat qazanmalıdır. Ölkənin seçki sistemində ötən il aparılan islahatlardan sonra təşkil olunan bu ilk səsvermə nəticəsində parlamentdə deputat sayı 733-dən 630-dək azalacaq.

Növbədənkənar parlament seçkilərində iştirak üçün 41 partiya müraciət etsə də, ancaq 29 partiya lazımi sayda imzası toplayaraq seçkilərə qatılmaq hüququ qazanıb. Seçkiqabağı rəy sorğularının nəticələrinə görə ilk sıralarda Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqıdır (CDU/CSU). Bu partiyanın əsas namizədi Fridrix Mertsin yeni formalaşdırılacaq hökumətdə Kansler olacağı proqnozlaşdırılır. Partiyanın dəstəkçiləri əsasən dindar və kənd yerlərində yaşayan əhali, sənayeçilər, xırda biznes sahibləridir. 1945-ci ildə qurulan partiya uzun müddət Almaniyanın siyasi həyatında öz nüfuzunu qoruyub. Almaniyanın siyasi həyatında dərin izlər qoymuş kanslerlər Konrad Adenauer (1949-1963), Helmut Kohl (1982-1998), Angela Merkel (2005-2021) bu partiyanı təmsil ediblər.

Hazırkı Kansler Olaf Şoltsun təmsil etdiyi Sosial Demokratlar Partiyasının (SPD) sosial bazasını işçilər, həmkarlar ittifaqlarının üzvləri təşkil edir. Almaniyanın ən qədim partiyası (1875) olan SPD xüsusən ölkənin qərbində sənayenin güclü inkişaf etdiyi əyalətlərdə daha populyardır. Partiya 2021-ci ildəki seçkilərdə 25,7 faiz səslə birinci olmuşdu.

Rəy sorğularının nəticələrinə əsasən ikinci partiya olan ifrat sağçı Almaniya üçün Alternativ (AfD) 2013-cü ildə təsis olunmasına baxmayaraq, ötən müddətdə sosial bazasını sürətlə genişləndirib. Sosial dayaqları Şərqi Almaniyada çox güclü olan AfD-nin Kansler vəzifəsinə namizədi 45 yaşlı Alis Vaydeldir.

Yaşıllar partiyası da seçkilərdə mübarizə aparan əsas partiyalardandır. Partiya 1980-ci illərdə, xüsusilə Çernobıl faciəsindən sonra nüvə enerjisinin ləğv edilməsi üçün yaranan sosial etirazlar şəraitində formalaşıb. Yaşılların Kansler vəzifəsinə namizədi hazırkı vitse-kansler Robert Habekdir. Almaniyanın xarici işlər naziri Annalena Berbok da bu partiyanı təmsil edir.

Koalision hökumətin çöküşünə səbəb olan neoliberal mövqeli Azad Demokratlar Partiyasının (FDP) da Almaniyanın siyasi tarixində xüsusi yeri var. Partiya müxtəlif dövrlərdə koalision hökumətlərdə fəal şəkildə yer alıb.

Ötən ilin sonunda aparılan rəy sorğularının nəticələrinə əsasən parlamentə daxil olacağı ehtimal edilməyən Sol Partiya aradan ötən qısa müddətdə sosial bazasını xeyli genişləndirib. Almaniya ordusunun ölkəxarici əməliyyatlarda iştirakına qarşı çıxan partiya ölkənin NATO-dan da çıxmasını müdafiə edir.

Keçən il Sol Partiyadan ayrılanlar tərəfindən təsis edilən Sahra Vaqenknext İttifaqının (BSW) sosial bazasını əsasən Sol Partiyanın və AfD-nin Almaniyanın şərqində yaşayan sabiq seçiciləri təşkil edir.

Qeyd edək ki, ölkə Konstitusiyasına əsasən, yeni seçiləcək Bundestaq seçkidən sonra 30 gün ərzində (martın 25-dək) toplanmalıdır. İlk iclasda Bundestaqın sədri və müavinləri seçiləcək, daxili qaydalar müəyyənləşdiriləcək. Hazırkı hökumət həmin vaxtadək fəaliyyətini davam etdirsə də, yeni qanunların qəbulu kimi mühüm qərarları qəbul edə bilməyəcək.

Xatırladaq ki, sentyabrın 28-də keçirilməli olan federal seçkilər koalision hökumətin dağılması ilə fevralın 23-nə təyin olunmuşdu. SPD, Yaşıllar və FDP-dən ibarət koalision hökumət 2024-cü ildə dağıldıqdan sonra Kansler Olaf Şolts dekabrın 16-da parlamentdə etimad səsverməsi keçirmişdi. Səsvermədən sonra hökumətə etimad göstərilmədiyi üçün Prezident Frank-Valter Ştaynmayer Bundestaqı buraxdı və yeni seçkilər üçün vaxt təyin etmişdi.

Oxuməni.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 23 Fevral 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri