Icma.az
close
up
RU
Buninin yazışdığı, Yüngerin heyran qaldığı azərbaycanlı qadın yazıçı O, Ramiz Abutalıbova nə vəsiyyət etmişdi?

Buninin yazışdığı, Yüngerin heyran qaldığı azərbaycanlı qadın yazıçı O, Ramiz Abutalıbova nə vəsiyyət etmişdi?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

18 dekabr Azərbaycan əsilli yazıçı, model Ümmülbanu Baninin doğum günüdür.

Kulis.az bu münasibətlə yazıçı haqqında materialı və tədqiqatçı Azər Zeynallının tərcüməsində onun vəsiyyətnaməsini təqdim edir.

XX əsr Azərbaycan mühacirət ədəbiyyatının ən parlaq simalarından biri olan Banin – əsl adı Ümmülbanu Mirzə Əsədullayeva – 1905-ci il dekabrın 18-də dünyaya gəlib. O, təkcə yazıçı deyil, bütöv bir tarixi dövrün canlı şahidi, faciə və zəfərlərlə dolu bir taleyin daşıyıcısı idi.

"Avroviziya 2026"da hansı ölkələr iştirak edəcək? - Siyahı Mühacirlikdən qlobal moda ikonluğuna - İlk sudanlı model Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib

Ümmülbanu məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri olmuş Mirzə Əsədullayevin qızı idi. Lakin bu zəngin və nüfuzlu soy-kök onun həyatını asanlaşdırmayıb. Əksinə, taleyi hələ doğulduğu ilk günlərdən onu ağır sınaqlarla üz-üzə qoyub.

Banin öz tərcümeyi-halında yazırdı ki, o, doğma anasını heç vaxt tanımayıb. 1905-ci il inqilabi hadisələri zamanı Qafqazda süni şəkildə alovlandırılan millətlərarası qarşıdurmalar səbəbindən atası onu dünyaya gətirmək üçün anasını Bakından uzaq bir kəndə göndərir. Doğuş ağır keçir, həkim olmadığı üçün anası həyatını itirir, körpə Ümmülbanu isə sağ qalır. Məhz bu faciədən sonra qızına anasının xatirəsinə Ümmülbanu adı verilir.

Gənc yaşlarından Baninin həyatı mürəkkəb qərarlarla dolu olur. Atasını həbsxanadan xilas etmək və ailəyə xarici pasport almaq məqsədilə istəmədiyi halda nüfuzlu bir şəxsə ərə gedir. Bu nikah uzun sürmür. 19 yaşında Türkiyədə həyat yoldaşı Balabəy Qocayevdən ayrılaraq Parisə – doğmalarının yanına yollanır.

Lakin Parisdə onu rahat həyat gözləmir. Ögey anası ilə münasibətlərin gərginləşməsi Banini evi tərk etməyə və müstəqil həyata atılmağa vadar edir. O, dolanmaq üçün əlindən gələni edir: model işləyir, mağazada satıcı olur, dəftərxanada katibəlik edir, tərcüməçiliklə məşğul olur. Bu çətin illər Baninin xarakterini möhkəmləndirir, onu həyatın sərt reallıqlarına hazırlayır.

1920-ci ildə Azərbaycanda bolşeviklərin hakimiyyətə gəlişi ilə ailə vətəni tərk etməyə məcbur qalır. Fransa Baninin ikinci vətəninə çevrilir. Burada o, demokratik dəyərlərlə tanış olur, incəsənət mühitinə qaynayıb-qarışır, rus mühacir ziyalıları – İvan Bunin, Fyodor Şalyapin, Tolstoy nəslinin nümayəndələri ilə yaxın ünsiyyət qurur.

Fransalı dostlarının təşviqi ilə Banin öz xatirələrini qələmə almağa başlayır. Onun yaradıcılığı əsasən şəxsi həyat təcrübəsinə söykənir. Banin süni süjetlər və uydurma qəhrəmanlar yaratmağa ehtiyac duymurdu – həyatın özü onun üçün ən güclü ədəbi material idi.

1946-cı ildə çap olunan “Qafqaz günləri” kitabı Baninə böyük şöhrət qazandırır. Əsər təkcə oxucuların deyil, dünya ədəbiyyatının nəhəng simalarının da diqqətini çəkir. Andre Malro, İvan Bunin, Nikos Kazancakis, Anri de Monterlan, Ernst Yünger Baninə heyranlıq dolu məktublar yazırlar.

Xüsusilə alman yazıçısı və filosofu Ernst Yünger ilə Baninin dostluğu yarım əsrdən artıq davam edir. Onlar 1943-cü ildə Baninin Azərbaycandakı sosial faciəni əks etdirən “Bizimlə” romanından sonra tanış olurlar. Bu dostluq Baninin yaradıcılığında mühüm iz buraxır – o, Yüngerə bir neçə kitab həsr edir.

“Qafqaz günləri”ndən sonra Baninin “Paris günləri”, “Ernst Yüngerlə görüş”, “Mən opiumu seçdim”, “Sonra”, “Xarici Fransa”, “Sonuncu ümidin zovu”, “Ernst Yüngerin portreti” və digər əsərləri geniş oxucu kütləsi qazanır. Onun son kitabı – “Məryəmin mənə danışdığı” – 1991-ci ildə, ölümündən cəmi bir il əvvəl nəşr olunur.

Banin təkcə yazıçı kimi deyil, həm də yüksək səviyyəli tərcüməçi kimi tanınırdı. O, rus, ingilis və alman dillərindən bədii tərcümələr edir, Bunin və Dostoyevskinin yaradıcılığının dərin bilicisi sayılırdı. Onun yaxın dostları arasında Romanovlar ailəsinə yaxın olmuş Canet Andronikova və məşhur satirik yazıçı Teffi də vardı.

Banin uzun illər həmvətənləri ilə görüşməkdən çəkinmişdi. Azərbaycanın bolşevizmə müqavimətsiz təslim olması onun üçün ağır mənəvi zərbə idi. İlk azərbaycanlı ilə görüşü yalnız 1981-ci ildə, Parisdə Azərbaycan xalçalarının sərgisi zamanı baş tutur. Buna baxmayaraq, Banin öz azərbaycanlı kimliyi ilə hər zaman fəxr edirdi.

Dağlıq Qarabağda baş verən hadisələr onu dərindən sarsıdırdı. Parisdə “Azərbaycan evi” assosiasiyasının üzvü olan Banin Fransa mətbuatında mütəmadi olaraq Azərbaycanı müdafiə edən məqalələrlə çıxış edirdi.

1992-ci il oktyabrın 29-da Banin Parisdə vəfat edir. Fransanın nüfuzlu “Le Figaro” qəzeti onun ölüm xəbərini belə təqdim edir: “Banin – bir əsri adlayan, öz dövrünün ən qeyri-adi simalarını ətrafına çəkən romanvari həyat sahiblərindən biri idi.”

Beləliklə, Banin təkcə ilk fransızdilli azərbaycanlı qadın yazıçı deyil, həm də XX əsrin faciələrini, mühacirətin ağrılarını və insan ruhunun gücünü öz həyatında və yaradıcılığında birləşdirən nadir şəxsiyyətlərdən biri olaraq tarixdə qalır.

Baninin vəsiyyətnaməsi:

"Mən, Banin kimi tanınan, Ümməlbanu Əsədullayeva, sağlam bədən və ruhla bəyan edirəm:

1) Société Générale-ın Kleber 43, 16-cı dairə, Paris ajansındakı iki - cari və xüsusi hesaba

2) Caisse d'Epargne-ın, Meksiko meydanı, 16-cı dairə, Paris ajansındakı iki - A və CODEVİ hesabına mənim adıma qoyulmuş bütün pulları Parisin 11-ci dairəsində yaşayan Rolf Stürmerə vəsiyyət edirəm.

Ona, mənim ədəbi varisim olmaq hüququnu verir və bütün əlyazmalarımı və qeydlərimi ona vəsiyyət edirəm. Xanım J.-dən xahiş edirəm ki, mümkün ola biləcək tərcümə üçün Ernst Yüngerlə olan yazışmalarımı və ya ən maraqlı məktubların surətini ona versin. Eləcə də bütün kitablarımı və Ernst Yünger və İvan Buninlə yazışmalarım xaric, bütün yazışmalarımı ona vəsiyyət edirəm.

Əgər istəyirsə, plastik torbaya qoyulmuş gümüş çəngəl-bıçaq dəstimi də götürə bilər.

Eləcə də, bütün kitablarımı ona vəsiyyət edirəm.

Əşyalarımı, mebellərimi və yuxarıda qeyd edilən iki məktublaşmamı Parisin 16-cı dairəsində yaşayan xanım J.-ə vəsiyyət edirəm.

Böyük yaşayış yeri üçün faydalı olacaq kiçik yaşayış yerimi boşaltdığıma görə xoşbəxtəm.

Ondan mənim kameya sancağımı bacımın nəvəsi xanım K.-ə verməsini xahiş edirəm.

Ondan bacım Kübra tərəfindən çəkilən portretimi Bakı muzeyi üçün Ramiz Abutalıbova verməsini xahiş edirəm.

Ondan ikonanı, gümüş xaçla qızıl boyunbağını, kiçik gümüş südqabını və qara paltomu xanım M.-aya verməsini xahiş edirəm.

Onu, həmçinin, xanım L.-nu maraqlandıracaq paltarlarımdan seçmələrini təklif etməyi xahiş edirəm. Xanım L.-un telefonu və ünvanı.

Banin

P.S. Qara yun şalımı Dr.M.-a verməsini xahiş edirəm".

"Avroviziya 2026"da hansı ölkələr iştirak edəcək? - Siyahı Mühacirlikdən qlobal moda ikonluğuna - İlk sudanlı model Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Dekabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see201

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see184

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see162

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see154

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see152

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see147

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see144

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri