Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

BAKININ KEÇİLMƏZ KÜÇƏLƏRİ Əzizov paytaxtın mərkəzini Abutalıbova qədərki dövrə qaytarır (FOTO)

BAKININ KEÇİLMƏZ KÜÇƏLƏRİ Əzizov paytaxtın mərkəzini Abutalıbova qədərki dövrə qaytarır (FOTO)

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda yerli sakinlərin və turistlərin ən çox üz tutduğu məkanlar Dənizkənarı Milli Park, Nizami küçəsi, Fəvvarələr meydanı və ona bitişik küçələrdirə yerləşən istirahət yerləridir.

Qiymətlər şəhərin digər yerləri ilə müqayisədə kifayət qədər baha olsa da, günün ikinci yarısından gecəyə qədər burada həyat qaynayır, kafe-restoranlar, kofe-şoplar, gecə klubları dolub-daşır. Xüsusən “Torqovı” adlanan, şəhər sakinlərinin sevimli gəzinti və istirahət məkanında insan əlindən tərpənmək olmur. İnsanları narahat edən və əsəbləşdirən bu sıxlıq isə təkcə gələnlərin çoxluğu ilə bağlı deyil, həm də şəhər rəhbərliyinin hüdudsuz tamahı ilə bağlıdır. Bu barədə bir qədər sonra...

Qeyd edək ki, bulvarda ticarət və xidmət obyektlərinin qurulmasına icazəni Dənizkənarı Milli Park İdarəsi, İçərişəhərdə İçərişəhər Dövlət Qoruq İdarəsi, şəhərin digər ictimai yerlərində isə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və İqtisadiyyat Departamenti ilə razılaşmaqla rayon icra hakimiyyətləri verir. Əldə edilən məlumata görə, yerli icra hakimiyyətlərinin rolu formal xarakter daşıyır, əsas söz sahibi isə şəhər meri Eldar Əzizovdur.

Bu obyektlərin hamısı Departamentlə icarə müqaviləsi bağlayır və aybaay ona ödəniş edir. Sənəddə göstərilən icarə məbləği ilə real ödənişlərin fərqli olub-olmadığını hüquq-mühafizə orqanları araşdırsa, kifayət qədər uyğunsuzluq tapmaq mümkündür…

Problemə gəldikdə, Kukla Teatrının yanından yeraltı keçiddən sonra başlayan Məhəmməd Əmin Rəsulzadə küçəsinin hər iki tərəfi ticarət və iaşə obyektləri tərəfindən “işğal” olunub. Onların sayı və zəbt etdikləri ərazilər o qədər genişlənib ki, küçə ilə piyadaların hərəkəti çətinləşir. Axşam saatlarında isə Rəsulzadə küçəsində keçilməz insan tıxacı yaranır. Bir qayda olaraq, küçənin hər iki boyu yüngül konstruksiyalardan inşa edilmiş kofe-şop və kafe-restoranları işlədənlərin “gözü doymayıb”, masalar küçənin hərəkət hissəsinə də düzülüb. Şəhərin ən bahalı hissəsində obyekt qurmaq, onu icarəyə götürmək hər adamın işi deyil. Aylıq gəlirləri on minlərlə manatla ölçülən bu məkanlar yüksək vəzifəli məmurlar və oliqarxlar arasında bölünüb. Əsas odur ki, BŞİH-in Ticarət və İqtisadiyyat Şöbəsini “görüb”, sonra sənədləri toplayasan. Mövcud qaydalara görə, əvvəlcə hansı növ ticarət obyektinin açılacağı və obyektin yerləşəcəyi dəqiq ünvan müəyyən edilir. Obyektin yeri BŞİH-in planlaşdırma və şəhər estetikası “tələblərinə” uyğun olmalıdır.

Müraciət üçün tələb olunan sənədlər:

Şəxsiyyət vəsiqəsi və ya hüquqi şəxs qeydiyyatı sənədi (firma açılırsa);

Obyektin yerini göstərən plan və ya xəritə;

Ticarət növü üzrə təsdiqlənmiş layihə və ya eskiz (özəl ticarət nöqtələri üçün);

Əgər obyekt küçədə yerləşirsə, təhlükəsizlik, yol hərəkəti və piyadaların hərəkəti ilə bağlı icazə.

Burada yerləşən obyektləri Səhiyyə Nazirliyinin tabeliyində olan sanitar-gigiyena qurumları yoxlayır, xüsusilə qida satışı üçün sanitar pasport verir.

Hüquqi və ya fiziki şəxs olaraq obyekt açıldıqdan sonra Dövlət Vergi Xidmətində qeydiyyat aparılır, ƏDV və ya sadələşdirilmiş vergi sistemi üzrə ödəniş rejimi müəyyən edilir. Sonda BŞİH bütün sənədləri və digər qurumların təsdiqlərini nəzərdən keçirir. Əgər hər şey qaydasındadırsa, obyektin küçədə fəaliyyət göstərməsi üçün rəsmi icazə verilir. İcazə müddətlidir və müəyyən vaxtdan sonra yenilənməsi tələb oluna bilər. Qaydaya görə, BŞİH və rayon icra hakimiyyəti obyektlərin fəaliyyətini nizam-intizam qaydalarına uyğun şəkildə yoxlaya, qaydaları pozan obyektləri bağlaya və ya cərimələyə bilər.

Şərtlərdən göründüyü kimi, guya küçədə yerləşdirilən obyektin təhlükəsizliyi, yol hərəkətinə və piyadaların hərəkətinə mane olub-olmaması barədə digər qurumların rəyi tələb olunur. Təqdim etdiyimiz fotolardan da göründüyü kimi, Rəsulzadə küçəsində bu qaydalara ümumiyyətlə riayət olunmur. Əlbəttə, bu dərəbəyliyin pulla ifadə olunan haqqı var: icra hakimiyyətinin tələblərini yerinə yetirən sahibkarlar üçün “yaşıl ışıqdır”, necə deyərlər, “koxanı gör, kəndi çap”!...

Əldə etdiyimiz məlumata görə, BŞİH başçısı Eldar Əzizov müavinlərinin iştirakı ilə tez-tez həmin ərazilərdə olur, bəzən istirahət obyektlərinə də baş çəkir. Maraqlıdır, icra başçısı yaranmış anormal vəziyyəti gördüyü halda, niyə reaksiya vermir? Küçə ticarətinin sakinlərin və turistlərin hərəkətini məhdudlaşdırmaq həddinə çatmasına niyə göz yumulur? Bəs şəhərin planlaşdırılması və estetik görünüşü kimi məsələlər niyə unudulur?

Onu da qeyd edək ki, artıq bir neçə ildir Fəvvarələr Meydanında “Soyuq Əllər, İsti Ürək” yarmarkası təşkil olunur. Burada meydan başdan-başa taxta hasara alınıb, içərisində 200-ə yaxın kiosk və budka yerləşdirilib. Orada müxtəlif qidalar, fast-food və içkilər satılır. Hazırda gündüz saatlarında bu əraziyə giriş qadağandır, çünki noyabrın 25-dən yanvarın 5-dək “Soyuq Əllər, İsti Ürək” yardım kampaniyası keçirilir. Bildirilir ki, yarmarkadakı obyektlərin icarəsindən toplanan vəsaitlər müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunur.

Yəni ilboyu davam edən bu yarmarkaya görə ərazidə onsuz da sıxlıqdır. Bir tərəfdən də kafe və restoranlara küşəyə masa düzmək icazəsinin verilməsi vəziyyəti daha da pisləşdirir.

Qısası, hazırda Bakının mərkəzi hissələri gəzinti üçün tamamilə yararsız vəziyyətdədir. Sanki hazırkı mer Eldar Əzizov qarşısına məqsəd qoyub ki, Bakını Hacıbala Abutalıbovdan əvvəlki vəziyyətə qaytarsın. Bu fəaliyyətin nəticəsidir ki, mərkəzi küçələr Abutalıbova qədərki dövrün 28 Mayını xatırladır – daralmış yollarda iynə atsan, insan əlindən yerə düşməz.

Səkilərə düzülmüş masaların sayəsində xüsusən gecə saatlarında qapalı məkanlardan küçəyə - göz önünə çıxarılmış insan alveri mənzərələri isə daha da rüsvayçıdır…

Rasim Əliyev

“AzPolitika.info”












Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Dekabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri