Icma.az
close
up
RU
Bunlar nikahı möhkəmləndirir PSİXOLOQ MƏSLƏHƏTİ

Bunlar nikahı möhkəmləndirir PSİXOLOQ MƏSLƏHƏTİ

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Evliliyi yavaş-yavaş öldürən bir çox səbəb ola bilər. Bunlar arasında uşaq sahibi ola bilməmə, maddi problemlər, müxtəlif mövzularda bir-birlərinə yalan danışma və haqqında az və ya çox danışılan məsələlər var.

Psixoloqlar evliliyi möhkəmləndirən məqamları bu cür sıralayır:

Dostlarınız olsun

Cütlüklərin digər fərdlərlə dost olmaları çox əhəmiyyətlidir. Psixoloq Ryan Houves cütlüklərin birlikdə zaman keçirmələrinin əhəmiyyətli olduğunu deyir: “Ancaq müstəqil olaraq da dostluqlar quraraq bu münasibət sayəsində əlaqələrini inkişaf etdirər, başqa təcrübələr əldə edə bilərlər və yeni dünyagörüşləri qazanma fürsəti əldə edərlər. Cütlüklərin münasibətləri onların dostluq əlaqələri qura biləcəkləri mövzusunda özlərinə güvənmələri baxımından əhəmiyyətlidir”.

Dostlara diqqət

Sosial şəbəkədə dostluq münasibətlərinə də diqqət etmək lazımdır. Çünki bəzi tanışlıqların mənfi nəticəsi ola bilər: “Səhv dostluqlar və yanlış münasibətlər sizin ümumi münasibətlərinizə zərbə vura bilər. Dost və tanışlarınızın bəzi davranışları sizin həyat yoldaşınızla münasibətinizə təsir edər. Onların öz həyat yoldaşları ilə yaşadığı gərginlik sizə də yoluxa bilər. Yanlış münasibət və davranışlar yoluxucudur. Ətrafınız sağlam evliliyi olan insanlarla əhatəli olsun. Bu, sizin də həyat yoldaşınızla münasibətinizdə də əksini tapacaq”.

Cinsi həyat əhəmiyyətlidir

Terapevt Debra Campell isə cütlüklərin münasibətində seksin əhəmiyyətli olduğuna  diqqət çəkir. Cütlüklər yalnız "xüsusi günlərdə" (ad günləri, bayram günləri və ildönümləri) sekslə məşğul olurlarsa, demək, artıq həyəcan təbili çalınmalıdır: “Sekssiz və həyəcansız evlilik uçuruma gedir. Hər gün sekslə məşğul olmaq məcburiyyətində deyilsiniz. Ancaq bir-birinizi istədiyinizi və əhəmiyyət verdiyinizi göstərən kiçik toxunuşlar çox əhəmiyyətlidir. Seks tamamilə atəşli cinsi əlaqə və ya orqazm deyil. Vacib olan cütlüklərin hələ istənildiyini bilmələri və bir-birləri üçün xüsusi olduqları, bir-birinə ehtiyac hiss etmələridir”.

Ev işlərinə biganə yanaşmayın

Terapevtlər cütlüklərin ev işlərini aralarında bölüşməyin münasibətlərə müsbət təsiri olduğunu deyirlər. 2015-ci ildə aparılan araşdırmalardan birinin nəticəsinə görə, ev işləri və ailə məsuliyyətlərini paylaşmayan cütlüklər münasibətlərindən kifayət qədər zövq almırlar. Üstəlik, onların seks həyatları da yaxşı olmur: “Bu, evliliyin ilk illərində əhəmiyyətli məsələ kimi qəbul edilmir. Lakin irəliləyən zamanlarda böyük problemlərə yol aça bilər. Kimin təmizkar və ya səliqəsiz olması əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan təmizkar olanın deyingən olmaması, dağınıq olan tərəfin da vaxtaşırı məsuliyyəti paylaşmaq mövzusunda istəkli və səmimi olmasıdır”.

Sonuncu dəfə nə vaxt sevildiyini hiss etmisən? – deyə soruşun

Terapevt Liz Higgins isə düşüncəli və səmimi ünsiyyətin vacib olduğunu vurğulayır. Cütlükülərin yalnız “günün necə keçdi, əzizim?” və ya “bu həftəsonu nə edəcəyik?” kimi qısa suallarla monotonlaşmış bir ünsiyyət içində deyil, dərin və səmimi ünsiyyətdə olmalarının əhəmiyyətinə diqqəti çəkir: “Bu gün bir cütlük olaraq nəyi yaxşı etdik? Bu gün münasibətimizə  qatqısı olacaq nə etdik? Sənin üçün nə edə bilərəm? Bu gün nə zaman mənimlə rahatlıq tapdığını və sevildiyini hiss etdin? Bu cür suallar verin. Başlanğıcda bu, mənasız kimi görünə bilər. Lakin zamanla bu cür ünsiyyətin böyük faydasını görəcəksiniz. Cütlüklər həftədə bir dəfə bir araya gələrək yalnız münasibətləri haqqında danışmalıdırlar. Bu formada gələcəkdə yarana biləcək inciklik və ünsiyyət qopuqluğunu asanlıqla aradan qaldıra bilərlər”.

Yalnız evi və bank hesabını paylaşırsınız?

Psixoterapevt Laura Heck bildirir ki, cütlüklərin ev yoldaşı, evi paylaşan insanlar kimi davranmağa başlaması təhlükədən xəbər verir: “Yalnız evi, bank hesabını və uşaqları paylaşmaq üzərinə qurulan evliliklər yaşayan cütlüklər təcili olaraq özlərini yeniləməli, münasibətlərinə həyəcan qatmağın yollarını axtarmalıdırlar”.

Bununla yanaşı, mütəxəssis bildirir ki, cütlüklərin ortaq maraq sahələri ilə əlaqədar yemək və ya  idman fəaliyyətləri kimi kurslarda  iştirak etmələri də böyük əhəmiyyət daşıyır.

Aile.lent.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri