Bunları avtomobilə quraşdıranlar cərimələnəcək Aprelin 1 nə qədər vaxt verildi
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Türkiyədə nəqliyyat vasitələrində edilən bəzi dəyişikliklərlə bağlı yeni cərimələr tətbiq olunacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi açıqlama verib.
Onun sözlərinə görə, nəqliyyat vasitələrində zavod istehsalı olan səs və ekran sistemlərinin istifadəsinə icazə verilir. Lakin musiqinin ətrafdakı insanları narahat edəcək səviyyədə səsləndirilməsi 3 min lirə (təxminən 115 manat) cərimə ilə nəticələnə bilər.
Nazir həmçinin vurğulayıb ki, nəqliyyat vasitəsinin orijinallığını dəyişdirən əlavələr qadağandır. Avtomobilə sonradan planşet, əlavə video sistemləri, gücləndirici və ya əlavə dinamiklər quraşdırılması sürücünün diqqətini yayındırdığı üçün qanunla məhdudlaşdırılıb.
Belə dəyişikliklərə görə isə 21 min lirəyə (təxminən 800 manat) qədər cərimə tətbiq ediləcək. Çiftçi sürücülərə bu cür əlavələri 1 aprelə qədər aradan qaldırmaq üçün vaxt verildiyini qeyd edib./publika.az
Baxış sayı:194
Bu xəbər 13 Mart 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















