Icma.az
close
up
RU
Bunları avtomobilinizə qoyun: Əks halda cərimələnə bilərsiniz

Bunları avtomobilinizə qoyun: Əks halda cərimələnə bilərsiniz

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Yollarda təhlükəsizliyin təmin olunması və qəza risklərinin minimuma endirilməsi məqsədilə Azərbaycan qanunvericiliyi avtomobillərdə saxlanılması məcburi olan bir sıra avadanlıqlar müəyyən edib. 

Bu tələblər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu və inzibati təcrübədə tətbiq olunan qaydalarda əksini tapır. Bəs avtomobildə hansı avadanlıqların olması məcburidir? 

Bu avadanlıqlardan biri və ya bir neçəsi avtomobildə olmadıqda polis sürücünü cərimə edə bilərmi? Bu tələblər bütün nəqliyyat vasitələrinə şamil olunur, yoxsa istisnalar mövcuddur? 

Mövzu ilə bağlı “Cebhehinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən avtomobildə olmalı olan məcburi avadanlıqlar təhlükəsizlik və yol-hərəkəti qaydalarının tələblərinə uyğun olaraq müəyyən edilib. 

Onun sözlərinə görə, bu tələblər xüsusilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu və inzibati təcrübədə tətbiq olunan qaydalarda öz əksini tapır: 

“Yol hərəkətində iştirak edən avtomobillərdə məcburi avadanlıqlar tibbi apteçka (ilk tibbi yardım dəsti), qəza dayandırma nişanı (üçbucaq) və yanğınsöndürən mütləq şəkildə olmalıdır. Tibbi “apteçka” (ilk tibbi yardım dəsti) qəza zamanı ilkin tibbi yardımı göstərmək üçün nəzərdə tutulub. 

Qəza dayandırma nişanı (üçbucaq) avtomobilin nasazlıq və ya nasazlıqla dayanması halında digər sürücülərin vaxtında xəbərdar edilməsi, yanğınsöndürən isə mümkün yanğın risklərinə qarşı ilkin müdaxilə məqsədi daşıyır. 

Yol hərəkətində iştirak edən zaman bu avadanlıqlardan hər hansı birinin avtomobildə olmaması yol polisi tərəfindən aparılan yoxlama zamanı aşkar edilərsə, sürücü barəsində inzibati tənbeh (cərimə) tətbiq oluna bilər. Bu yanaşma mövcud praktiki tətbiqlərə və hüquqşünasların şərhlərinə əsaslanır”. 

Adil Nəbiyev qeyd edib ki, sözügedən tələblər bütün nəqliyyat vasitələrinə şamil olunur: 

“Məcburi avadanlıqlar təkcə praktiki təhlükəsizlik məqsədi daşımır, eyni zamanda yol polisi tərəfindən aparılan yoxlamalar zamanı sürücü tərəfindən təqdim edilməlidir. Yoxlama zamanı tələb olunduqda, bu avadanlıqlar göstərilməlidir. Bəzi sürücülər avtomobillərində bu əsas avadanlıqların yanında əlavə təhlükəsizlik jileti, ehtiyat lampalar və müxtəlif alətlər dəsti kimi əlavə təhlükəsizlik vasitələri saxlayırlar. 

Lakin bu vasitələr qanunvericiliyə əsasən məcburi hesab edilmir və onların avtomobildə olmaması inzibati məsuliyyət yaratmır. Bu tələblər əsasən yol hərəkəti qaydalarında və inzibati praktikada mövcuddur. Konkret maddələr və inzibati məsuliyyətlə bağlı detallar isə rəsmi olaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu və İnzibati Xətalar Məcəlləsində əksini tapır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: apteçka Adil Nəbiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri