Icma.az
close
up
RU
Bunları bilmək sizi böyük xərcdən qurtaracaq Maşın alverinin qaranlıq tərəfi

Bunları bilmək sizi böyük xərcdən qurtaracaq Maşın alverinin qaranlıq tərəfi

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövrlərdə Azərbaycanda avtomobil almaq ciddi bir problemə çevrilib. Bazarda keyfiyyətli və qəzasız avtomobil tapmaq olduqca müşküldür. Əslində, əsas problem qəzalı avtomobillərin olması deyil, bu avtomobillərin qəzasız, təmiz və ideal vəziyyətdə kimi təqdim olunmasıdır. Xüsusilə də alverçilər tərəfindən yürüşü azaldılmış, qəza keçmişi olan və ya "rent-car" kimi istismar olunmuş maşınların yüksək qiymətlərlə satılması alıcılar üçün böyük risk yaradır.

Alverçilərin tələlərinə düşməmək üçün nələrə diqqət etməliyik?

Bəziləri avtomobil alveri ilə məşğul olan şəxslərə daha çox etibar etsə də, bu sahədə baş vermiş çoxsaylı fırıldaqlar nəticəsində artıq bir çox insan bu şəxslərdən uzaq durmağa çalışır. Xüsusilə bəzi alverçilər avtomobilin real vəziyyəti barədə yalan məlumat verir, maşını qohumuna aidmiş kimi təqdim edir və alıcını çaşdırmağa çalışırlar.

Belə halların qarşısını almaq və düzgün seçim etmək üçün aşağıdakı məqamlara diqqət yetirmək vacibdir:

Dövlət qeydiyyat nişanının gizlədilməsinə diqqət edin

Əgər elanda avtomobilin nömrəsi gizlədilibsə, bu, artıq şübhə doğurmalıdır. Çünki nömrə vasitəsilə avtomobil haqqında əvvəlki elanlara, baş verən qəzalarına və rent-car olub-olmamasına dair məlumatlar əldə etmək mümkündür. Bəzən bir avtomobil bir neçə dəfə satılmağa çalışılır və bu elanlar internetdə qalır. Bu məlumatlar sizi fırıldaqdan xilas edə bilər.

VIN kodu ilə keçmişi araşdırın

Avtomobilin VIN kodu - onun şəxsiyyət vəsiqəsi kimidir. Bu kodu "Google"da axtararaq avtomobilin keçmiş elanlarını, baş vermiş qəzaları, yürüşünü, texniki göstəricilərini və digər vacib detalları öyrənmək mümkündür. Xüsusilə xaricdən gətirilmiş avtomobillərin keçmişini VIN kod vasitəsilə öyrənmək vacibdir.

Avtomobilin sənədlərini diqqətlə yoxlayın

Ən vacib məqamlardan biri avtomobilin sənədidir. Satıcı ilə avtomobilin qeydiyyatda olduğu şəxs eyni deyilsə, bu, əlavə risk deməkdir. Çünki bəzi alverçilər avtomobilləri "generalnı doverennost" (ümumi etibarnamə) ilə alıb, sanki qohumun maşını imiş kimi təqdim edirlər.

Elan verənin kimliyini "GetContact" vasitəsi ilə araşdırın

Avtomobili satışa qoyan şəxsin kimliyini "GetContact" kimi tətbiqlərlə yoxlayaraq onun rent-car sahəsində çalışıb-çalışmadığını müəyyən edə bilərsiniz. Çünki bəzən rent-car sahibləri şəxsi nömrələri ilə elan yerləşdirirlər və bu avtomobillər daim müxtəlif insanlar tərəfindən idarə edildiyindən texniki cəhətdən etibarsız ola bilər.

Avtomobilə yerində baxış və servis yoxlanışı

Avtomobilin ümumi görünüşündə ciddi problemlər yoxdursa belə, onu servisə aparıb texniki baxışdan keçirmək vacibdir. Gözlə görünməyən, amma ciddi qəza izləri və ya texniki nasazlıqlar ancaq peşəkar diaqnostika ilə ortaya çıxa bilər. Bu addımı atmadan avtomobil almaq böyük risk deməkdir.

Azərbaycanda avtomobil almaq üçün artıq təkcə büdcə kifayət etmir, eyni zamanda diqqətli və məlumatlı olmaq da vacibdir. Alverçilərin tələsinə düşməmək üçün avtomobilin sənədi, keçmişi, texniki vəziyyəti və satıcının kimliyi ciddi şəkildə araşdırılmalıdır. Əks halda, qəzasız, orijinal yürüşlü kimi təqdim olunan avtomobil sabah sizi həm maddi, həm də mənəvi cəhətdən zərərə sala bilər.

Seyfulla
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Aprel 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see408

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see295

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see235

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see122

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri