Icma.az
close
up
RU
Bunu hər bir valideyn bilməlidir: Uşağınız teztez xəstələnirsə...

Bunu hər bir valideyn bilməlidir: Uşağınız teztez xəstələnirsə...

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Övladı tez-tez xəstələnən valideynlər, həmişə həyəcan, qorxu içində olurlar. "Görəsən uşağın immun sisteminde ciddi problem var?", "Görəsən tək mənim uşağımdır belə tez-tez xəstələnən?", "Nə səbəbə belə tez-tez xəstələnir?" deyə özlərinə sual verirlər.

Əslində, bütün valideynlər uşaqlarına qarşı çox diqqətli olduqlarını, onları bütün zərərli faktorlardan qorumağa çalışdıqlarını və bütün bu çabalarının nəticəsiz qaldığını iddia edir və çox üzülürlər. Bəs səbəb nədir? Uşaqlar niyə tez-tez xəstələnir?

Pediatr Günay Rəsulova Sputnik.az-a açıqlamasında bildirir ki, ilk 6 aydan sonra uşaqlarda anadan alınan passiv immunitet bitir və onlar öz şəxsi immun sistemlərini qurmağa başlayırlar: "Tez-tez xəstələnən uşaq" termini 1 yaşa qədər ildə 4 dəfədən, 2-5 yaş arası isə ildə 5-6 dəfədən çox xəstələnən uşaqlara şamil olunur. Əslində, sağlam hesab edilən uşaq  ildə 8-10 dəfəyə qədər üst tənəffüs yolu infeksiyasi, ildə 2-3 dəfəyə qədər mədə-bağirsaq pozğunluğu keçirə bilər. Onların belə sıx-sıx xəstələnməsinin əsas səbəbi yeni virus növləri ilə kontaktda olmasıdır. Bu viruslar sizin təmizkarlığınızdan asılı olmayaraq, hər yerdə var. Bu virusların təxminən 200-ə qədər fərqli növləri var və onlar hər dəqiqə artır, mutasiya edərək fərqli növlərə çevrilir. Uşaq orqanizmi də bu viruslar əleyhinə immunitet formalaşdırır. Bu proses illərlə davam edir. Bu səbəbdən də, uşaqlar məktəbə və ya bağçaya gedəndə yoluxur, ya da özündən böyük qardaş və ya bacısının evə gətirdiyi viruslarla tutularaq xəstələnir. Uşaqlar soyuq fəsillərdə sıx-sıx xəstələnsələr də, bu xəstələnmənin səbəbi soyuq hava deyil. Bu düşüncə ilə uşaqları havaya çıxarmaqdan məhrum etmək olmaz. Səbəb soyuq fəsillərdə insanların hava sirkulyasiyası yaxşı getməyən qapalı məkanlarda çox toplanmasıdır".

Həkim bildirir ki, uşaqlar daha çox bağçada və məktəbdə xəstələnir. Çünki daim xəstə uşaqlarla təmas var, havalanma doğru olmayan, iqlimi uyğun olmayan qapalı otaqlarda təbii ki, infeksiya asanlıqla yayılır. Bu hal evlərdə də belədir. Çox vaxt xəstə uşaq olan evi çox isitməkdən ötrü əllərindən gələni edən valideynlər əslində mexanizmin əksinə təsir göstərirlər. Belə ki, xəstələnməyə başlayan uşaq üçün optimal ev istiliyi (18-20 dərəcə) və nəmlilik təmin edilərsə, xəstəlik daha tez sağalar və irəliləməz.

"Sıx soruşulan suallardan biri də "övladımın burnu axır, tək-tək öskürməyə başlayır, nə edim ki, irəliləməsin" sualıdır. Cavab belədir: Otağın havasını sərin və nəmli saxlayın, uşağa bol maye verin, olduğu otağın havasını tez-tez dəyişin, uşaq özü istəmədikcə onu məcbur yedirməyin, duzlu su məhlulları ilə burnunu maksimum açıq tutmağa çalışın" – deyə həkim bildirir.

Tez-tez xəstələnən uşaqları respirator allergik xəstəliyi olan uşaqdan fərqləndirmək də vacibdir. 2 yaşından yuxarı uşaqlarda uzun müddət davam edən burun axması varsa, uşaq tez-tez burnunu qaşıyır və silirsə, qızdırması yoxdursa, böyük ehtimalla, övladınız allergik uşaqdır. Xüsusi ilə də bu simptomlar yaz aylarında başlayırsa, allergik xəstəlik nəzərdən qaçmamalıdır.

Valideynləri narahat edən əsas məsələlərdən biri də uşağın heç bir səbəb olmamasına baxmayaraq, tez-tez xəstələnməsidir. Onlar uşağın xəstələnmə səbəbini tapa bilmirlər. Tez-tez xəstələnən uşaqlardan çox az bir qismində anadangəlmə immun çatmazlığı ola bilər ki, bu da çox az rast gəlinən bir xəstəlikdir. Belə uşaqlar hər xəstəliyi ciddi bir ağırlaşmayla keçirdir, çox vaxt uzun müddət xəstəxanada yatırlar.

Bəs tez-tez xəstələnən uşaqların valideyni nə etməlidir?

— İlk növbədə belə uşağa ümumən sağlam uşaq kimi baxmağı bacarmalıdır. Əgər uşaq pediatr müayinəsində sağlam uşaq kimi dəyərləndirilirsə, narahat olmaq lazım deyil. Uşaq tez-tez xəstələndikcə bədən müxtəlif viruslara qarşı antitellər (qoruyucular) hazırlayr, get-gedə belə uşaqların orqanizmi artıq bu viruslarla necə mübarizə aparılmasını öyrənmiş olur və immuniteti möhkəmlənir.

— Uşaq xəstədirsə, onu bağçaya və ya məktəbə göndərməməlisiz. Belə xəstə uşaqlar evdə daha tez sağalır, həmçinin ətrafdakıları yoluxdurmur. Virus infeksiyalarının ilk 5 günü uşaqlar daha pis olur "soyuqlama simptomları 2 və ya 3 həftə davam edə bilir. Təkrarlanan virus infeksiyalarının xüsusi bir müalicəsi yoxdur. Lakin virus infeksiyasi otitlə, sinusitlə, pnevmoniya ilə, angina ilə ağırlaşıbsa müalicədə həkim təyinatına əsasən antibiotiklər verilə bilər.

— Uşaqlara profilaktik peyvəndləri vaxtı vaxtında edilməlidir, bağça və ya məktəbə gedən tez-tez xəstələnən uşaqlara isə əlavə olaraq "qrip əleyhinə vaksin" vurulsa yaxşı olar.

— Sağlam uşaq böyütməyin əsas meyarlarından olan sağlam qidalanma, təmiz hava, normal və vaxtında yatmaq, uşağı aşırı fiziki və ya zehni yorulmağa qoymamaq da onun tez-tez xəstələnməsinin qarşısını əhəmiyyətli dərəcədə almış olur.

Sağlam olun!

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri