Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Bunu onlardan soruşmadığım üçün çox peşmanam” İLHAM RƏHİMOV

“Bunu onlardan soruşmadığım üçün çox peşmanam” İLHAM RƏHİMOV

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsinin xüsusi buraxılışında hüquq elmləri doktoru, professor İlham Rəhimov tanınmış yazıçı və hüquqşünas Müşfiq Abbasova geniş müsahibə verib.

News24.az həmin müsahibəni təqdim edir:

-İlham müəllim, mənim üçün çox maraqlıdır, sizin mətbuata video formatda heç bir vaxt geniş müsahibə verdiyinizi görməmişəm. Nə yaxşı razılaşdınız bu müsahibəyə?

-Düzdür, həqiqətən mənim videokameralar qarşısında müsahibələr verməkdən xoşum gəlmir. Bu da onunla bağlıdır ki, özümü reklam eləməyi xoşlamıram. Amma sizin bu formatda, bu proqramla yayımlanan verilişlərinizin bir neçəsinə baxmışam. Azərbaycanın tanınmış şəxsləri ilə müsahibələrdə orijinallıq, nəsə yeni bir şey var. Həm də yaxşıdır ki, o tanınmış adamları Azərbaycanda hamıya daha da dərindən tanıdırsınız. Təbiidir ki, Azərbaycan cəmiyyəti o adamlar haqqında olanları bilməlidir, tanımalıdır onları. Ona görə də razılıq verdim.

-İlham müəllim, sizin uşaqlığınız Tovuz rayonunda keçib. Bizim hamımız üçün maraqlıdır, İlham Rəhimovun uşaqlıq illəri necə keçib?

-Uşaqların əksəriyyətinin uşaqlıq həyatı təxminən eyni keçir. Yəni ata-anaları ilə bir yerdə böyüyürlər. Mənim uşaqlıq həyatım isə bir qədər fərqli olub. 

Təxminən 7-8 yaşım olanda atamla anam ayrılmışdı. Ona görə də mən kənddə nənəmlə, yəni atamın anası və babamla birlikdə yaşayırdım. Elə birinci sinfi də kənd məktəbində oxumuşam. 

Hərdən bununla bağlı məndən soruşurlar, ümumiyyətlə insan özü özünə də sual verir ki, uşaqlıq dövrünün taleyi ilə özü razıdır, ya yox? Mənə belə sual verəndə, hətta özüm özümə bu sualı verəndə həmişə özümdən soruşuram: Bir tərəfdən düşünürəm ki, şikayət etməyə ehtiyac yoxdur. Yəni o mənada ki, uşaqlıq dövründən, 7-8 yaşımdan həyat elə gətirdi, mən başqa bir ailəyə düşdüm və gələcək yolum bununla müəyyən olundu. İndi deyə bilərəm ki, bu, uğurlu olub. Amma bunun o biri tərəfi də var. Bu da ondan ibarətdir ki, mən nə itirdim orada?  

Mən ataları, anaları ilə birgə böyüyüb, həyatlarını onlarla birlikdə keçirən uşaqlar kimi böyümədim. Bu nöqteyi-nəzərdən çox şey itirdim. Məsələn, bəzi uşaqlar kimi ata-anasının, xüsusilə də anasının onun yanında olmasını, tez-tez “ay oğlum!” deməsini görmədim. Burada itirdim. 

Mənə desəydilər ki, sən hansını istəyərdin? Tutaq ki, kənddə qalıb, anamla bir yerdə yaşayırdım. Amma elə alındı ki, atamla bir yerdə gedəsi oldum, o biri yolla getdim. Bu sualı verəndə, açığı, fikirləşirəm ki, istəyərdim, uşaqlıq dövründən böyüyənə kimi anamın yanında olaydım.  

-Belə bir deyim var: Övlad nə qədər pir olsa da, anaya möhtac imiş. Ananızı tez-tez xatırlayırsınız?

-Aydın məsələdir, hamı ata-anasını tez-tez xatırlayır. Təbii. Amma maraqlıdır ki, bir müddətdən sonra, yəni onlar həyatını dəyişəndən sonra bu sualı tez-tez düşünürəm. Onlar həyatını itirəndən sonra onlar haqqında çox fikirləşir və onlarla olan münasibəti, hər şeyi özündən keçirirsən, ortaya çoxlu suallar çıxır. Mən özüm özümə sual verirəm ki, onlar həyatda olanda onlardan soruşmadım, necə oldu ayrıldınız? Təbii ki, onlarla əlaqələrim olub, gedirdim, görüşürdüm, çox sevirdim onları… Bunu özüm üçün aydınlaşdırmadım.  İndi hesab edirəm ki, bu, mənim çox böyük səhvim idi. Çox peşman olmuşam. İndiyədək də bunun səbəbini bilmirəm. Yəni ayrı adamların söhbətlərindən nələrsə bilirəm, amma onların dilindən mən bunu eşitmədim. Heç özüm də soruşmadım, heç onlar da bu söhbəti açmadılar. 

-Mənim bildiyimə görə, ananız bəy qızı olub…

-Atamla anam xala uşağı idilər. Amma bir az ögey xala uşağı olublar. Anam tərəf bəy nəslindən idi, anam bəy qızı olub. Atam isə əksər ailələr kimi, çox sadə bir ailədən çıxıb. Atamın atası, babası çoban olublar. Babalarımından ən böyük vəzifədə olanları böyük çoban olub. 

-Bildiyimə görə, atanız Məhəmmədhəsən müəllim müxtəlif vəzifələrdə çalışıb. Ondan sizə hansı xüsusiyyətlər keçib? O xüsusiyyətləri özünüzdə aşkar eləmisiniz ki, o xüsusiyyətlər yadınıza düşəndə daim atanızı xatırlamısınız.

-Çoxları mənə deyir ki, mənim xasiyyətimdə iki cəhət birləşib. Birində atamdan, o nəsildən gələn xüsusiyyətlər var. Yəni necə deyərlər, sadəlik, zarafatcıllıq, özünü çox sərbəst aparmaq kimi xüsusiyyətlər o nəsildən gəlib. Bir də anam tərəfdən – bəylik nəslindən gələn xasiyyətdir. Onlardan gələn xüsusiiyət bir az ayrı cürdür. Onlar bir az özlərini bir qədər ayrı cür aparıblar. Görünür, başqa cür tərbiyə alıblar, ayrı davranış görüblər. Bu davranış mənə də keçib. 

Sovet dövründə elə idi, sadə ailələrdən çıxan uşaqlara həmişə yol açıq olurdu. Kəndli, fəhlə ailəsindən olanlara oxumaqda da, vəzifədə də işıq, yol olub. Atam o yolla gedib, ali təhsil alıb, anam isə bəy qızı olduğuna görə heç orta məktəbi də düz-əməlli bitirə bilməyib. Yəni onlar üçün yol bağlı idi.

-Rejim artıq yolları onların üzünə bağlamışdı…

- Onlar sürgündə də olublar. Anam üç yaşı olanda sürgündə olub. Onlar iki dəfə sürgün həyatı yaşayıblar. 

-Bəy qızı olduğuna görə…

-Bəli.  

-İlham müəllim, siz Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan ilk azərbaycanlı tələbə olmusunuz. Elə orada da ən yaxın dostlarınızdan biri olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə tanışlığınız başlayıb. Mənim üçün çox maraqlıdır, necə baş verdi o tanışlıq? 

Müsahibənin tam versiyasını aşağıdakı videomaterialdan izləyə bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Yanvar 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri