Baş nazir GTA VI haqqında danışdı Video
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Polşanın Baş naziri Donald Tusk noyabrın 19-da satışa çıxarılan “Grand Theft Auto VI” (GTA VI) oyunu ilə bağlı fikirlərini bölüşüb.
“Qafqazinfo” TVN24-ə istinadən xəbər verir ki, Tusk bu barədə cümə axşamı keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Baş nazir GTA VI-nın buraxılışının mühüm mədəni hadisə olduğunu bildirib:
“Bilirəm ki, bu, çox mühüm mədəni hadisədir. Hətta insanların buna görə məzuniyyət götürdüyünü də eşitmişəm. Mən bu cür oyunların həvəskarı deyiləm. Oğlum və onun yaşıdları isə həvəskardırlar. Amma bu, mənim maraq dairəmə daxil deyil. İnsanların sevdikləri oyunları oynamasını anlayışla qarşılayıram”.
Qeyd edək ki, 13 illik gözləntidən sonra noyabrın 19-da satışa çıxarılan GTA VI böyük marağa səbəb olub. “Sensor Tower” analitik şirkətinin ilkin hesablamalarına görə, oyunun satışları artıq 17 milyon nüsxəni, əldə edilən gəlir isə 1,65 milyard dolları ötüb.
Baxış sayı:89
Bu xəbər 19 Noyabr 2026 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















