Icma.az
close
up
RU
Azərbaycanda 180 mindən çox insan pensiyasız qaldı SƏBƏB

Azərbaycanda 180 mindən çox insan pensiyasız qaldı SƏBƏB

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 180 min 398 nəfərə yaşa görə müavinət təyin olunub.

Açıqlanan rəsmi məlumatlara görə, onların 40,8%-ni kişilər, 59,2%-ni isə qadınlar təşkil edib. Qeyd edək ki, yaşa görə müavinət alanların sayı bu ilin əvvəli ilə müqayisədə 13 min 671 nəfər və ya 8,2% artıb.

Son 10 ildə Azərbaycanda yaşa görə müavinət alanların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2017-ci ildə bu kateqoriyadan olan şəxslərin sayı 17,1 min nəfər olduğu halda, 2026-cı ilin noyabrına bu göstərici 180,4 min nəfərə çatıb.

Son 10 ildə yaşa görə müavinət alanların sayı və onlara təyin olunan aylıq müavinətin məbləği belə olub:

1 yanvar 2017-ci il – 17,1 min nəfər (aylıq müavinət 66 manat);

1 yanvar 2018-ci il – 29,2 min nəfər (66 manat);

1 yanvar 2019-cu il – 53,4 min nəfər (73 manat);

1 yanvar 2020-ci il – 82,4 min nəfər (130 manat);

1 yanvar 2021-ci il – 100,2 min nəfər (130 manat);

1 yanvar 2022-ci il – 113,6 min nəfər (180 manat);

1 yanvar 2023-cü il – 128,3 min nəfər (220 manat);

1 yanvar 2024-cü il – 143,7 min nəfər (220 manat);

1 yanvar 2025-ci il – 156,2 min nəfər (220 manat);

1 yanvar 2026-cı il – 166,7 min nəfər (220 manat);

1 noyabr 2026-cı il – 180,4 min nəfər (220 manat).

Məlumat üçün bildirək ki, yaşa görə müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası almaq hüququ olmayan şəxslərə təyin olunur. Hazırda Azərbaycanda həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 65 ildir.

Avtosfer.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "AzPolitika"ya Azərbaycanda yaşa görə müavinət alanların sayının artmasının əsas səbəbi pensiya yaşına çatan hər kəsin əmək pensiyası hüququ qazana bilməməsi olduğunu deyib:

"Çünki pensiya almaq üçün yalnız yaş həddinə çatmaq kifayət etmir. Şəxsin tələb olunan sığorta stajı və ya pensiya kapitalı ilə bağlı qanuni şərtləri də ödəməsi lazımdır. Bu tələblərə cavab verməyən, lakin qanunla müəyyən edilmiş yaş həddinə çatan şəxslərə yaşa görə müavinət təyin olunur".

"Bu artımın arxasında bir neçə amil dayana bilər: uzun illər rəsmi əmək müqaviləsi olmadan işləmək, əməkhaqqının tam rəsmiləşdirilməməsi, sosial sığorta ödənişlərinin aparılmaması və əmək fəaliyyəti dövründə kifayət qədər pensiya kapitalının toplanmaması. Xüsusilə qeyri-formal məşğulluqdan gələn şəxslər pensiya yaşına çatanda bu problemlə üzləşirlər", – deyə iqtisadçı bildirib.

A. Nəsirlinin sözlərinə görə, digər mühüm məqam odur ki, 2026-cı il iyulun 1-dən etibarən qadınlar üçün də pensiya yaşı 65-ə çatıb: "Beləliklə, hazırda həm kişilər, həm də qadınlar üçün ümumi pensiya yaşı eynidir. Rəsmi qaydalara görə, 65 yaşına çatmış şəxsin fərdi hesabında minimum pensiya almağa imkan verən 46 080 manat pensiya kapitalı olmalıdır. Bu məbləğ yoxdursa, ən azı 25 il sığorta stajı tələb olunur. Bu şərtləri ödəməyən və işləməyən şəxslərə yaşa görə sosial müavinət verilir. Məncə, burada əsas məsələ uzun illər ərzində əmək münasibətlərinin və sosial sığorta sisteminin tam əhatəli olmamasıdır. İnsanların bir qismi əmək fəaliyyəti ilə məşğul olsa da, onların iş stajı və gəlirləri rəsmi uçota alınmayıb. Nəticədə həmin şəxslər pensiya yaşına çatanda əmək pensiyası hüququ qazana bilmirlər. Digər tərəfdən, aşağı əməkhaqqı ilə işləyənlərin pensiya kapitalı da kifayət qədər formalaşmır".

"Bununla belə, 180 min 398 nəfərlik göstəricinin artmasını yalnız bu səbəblərlə izah etmək düzgün olmaz. Artımın nə qədərinin yeni müavinət alanların hesabına, nə qədərinin demoqrafik və digər dəyişikliklər nəticəsində yarandığını müəyyənləşdirmək üçün yaşa görə müavinət alanların illər üzrə daxilolma və çıxma statistikası da açıqlanmalıdır", – deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Noyabr 2026 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri