Rüfət Əzizov DİM ə sədr təyin edilir? ÖZÜ AÇIQLADI
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Mühəndislik keçmişimi və elmi fəaliyyətimi nəzərə alsaq, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olmaq qürurvericidir və hazırda bütün gücümü universitetin inkişafına sərf etməyə çalışıram".
"Yeni Sabah" xəbər verir ki, bunu ADNSU-nun rektoru Rüfət Əzizov Teleqraf-a müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) sədri olacağı ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib.
Rektor bildirib ki, son beş ildə üç fərqli rəhbər vəzifədə çalışıb və bu, böyük etimaddır. Elektronika məhsulları
"Əvvəl Təhsil İnstitutunun direktoru, sonra Sumqayıt Dövlət Universitetinin rektoru olmuşam, hazırda isə ADNSU-nun rektoruyam. Etimad göstərilən yerdə etimadı doğrultmağa çalışırıq.
Dövlət İmtahan Mərkəzinin sədri olacağımla bağlı iddialara gəlincə, bunu mən də mediadan oxudum və başqa heç bir məlumat yoxdur. DİM ölkəmizin şəffaf və yüksək səviyyədə təşkil olunmuş qurumlarından biridir. Bizim bu mərkəzlə çox sıx əməkdaşlığımız var, istənilən problemlərimizə çox operativ reaksiya verirlər və həll yolu tapa bilirlər", - R. Əzizov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 19 Noyabr 2026 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















