Icma.az
close
up
RU
“Bunun arxasında siyasi məqsədlər olduğu gün kimi aydındır”

“Bunun arxasında siyasi məqsədlər olduğu gün kimi aydındır”

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“ABŞ və Venesuela arasındakı gərginlik hazırda beynəlxalq münasibətlər sistemində kifayət qədər ciddi diqqət mərkəzindədir. Hətta narkotik vasitələrin daşınmasını həyata keçirən katerə ABŞ tərəfindən silahlı hücumun edilməsi gərginliyi daha da artırır. Bəzi ekspertlərin fikrinə görə, bu, böyük proseslərin başlanğıcı kimi özünü göstərir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.

İ.Hüseynov qeyd edib ki, Venesueladan ABŞ-yə hərəkət edən digər gəmilərə də bu cür silahlı müdaxilələr ola bilər: “Aydındır ki, ABŞ-nin hegemonluğunu, dominantlığını və gücünü qəbul etməyən Venesuela hakimiyyəti hər zaman ABŞ-ni tənqid edir. Bir neçə il bundan öncə ABŞ Venesuelada keçirilmiş prezident seçkilərindən sonra tamamilə başqa bir şəxsi prezident kimi tanımışdı. Bu da böyük bir qalmaqala səbəb olmuşdu. Hazırda narkotik vasitələrin ABŞ-yə daşınmasının qarşını almaq üçün ABŞ bunu cinayətkarların təqib olunması kimi qələmə verir. Amma şübhəsiz ki, bunun arxasında siyasi məqsədlər olduğu gün kimi aydındır”.

Politoloq əlavə edib ki, digər tərəfdən ABŞ Prezidentinin tənqidi Venesuelada çox geniş şəkildə icra olunur: “Bu həm də siyasi elitaya, siyasi hakimiyyətə də bir ismarıc kimi qiymətləndirilə bilər. Amma ümumilikdə Venesuela da narkotik vasitələrin dövriyyəsi, tədarükü və ixracı ilə bağlı lazımi addımlar atmalıdır. Çünki burada ABŞ-nin də əlində kifayət qədər arqumentlər formalaşır ki, öz milli iradəsini və maraqlarını geniş arealda təmin edə bilsin”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri