Icma.az
close
up
RU
“Bunun mənə aidiyyəti yoxdur” Santuş

“Bunun mənə aidiyyəti yoxdur” Santuş

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsinin İslandiya və Ukrayna ilə matçlarından öncə baş məşqçi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

News24.az xəbər verir ki, portuqaliyalı məşqçi media nümayəndələrinin suallarını cavablandırıb.

- Legioner limitinin ləğvinə ən çox etiraz etməli olan şəxs siz idiniz. İndi peşman deyilsiniz ki?

- Öncə “Qarabağ”ı təbrik etmək istəyirəm. Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıblar. Düşünürəm ki, bu, “Qarabağ” üçün çox vacib nəticədir. Başda Qurban Qurbanov olmaqla “Qarabağ”ın bütün oyunçularını təbrik edirəm. Əlbəttə ki, bu uğur Azərbaycan üçün böyük nailiyyətdir. Avropa bir müddət “Qarabağ” və Azərbaycan haqda danışacaq. Sizin suala gəldikdə, bu, elə məsələdir ki, mənə aidiyyəti yoxdur. Mən sadəcə olaraq baş məşqçiyəm, öz işimə köklənirəm. Qalan məsələlər barədə Azərbaycan futbolundakı rəhbərlər qərar verir.

- Kapitan Bədavi Hüseynov millinin heyətinə çağırılmayıb. Qapıçılar Rza Cəfərov və Aydın Bayramov isə bu mövsüm oynamayıb. Başqa seçiminiz yox idi?

- Əlbəttə ki, rəqabətdə çıxış etməyən oyunçu məni narahat edə bilər. Baş məşqçi olaraq istəyərəm ki, bütün oyunçuların davamlı oyun praktikası olsun. Amma bu hazırkı reallıqdır. Bu ssenari ilə davam edib, işləməliyik. Çalışacağıq ki, əlimizdə olan futbolçularla yaxşı hazırlaşaq və qarşıdakı matçlarda yaxşı nəticələr əldə edək. İstəyərəm ki, bütün dəvət edilənlər davamlı oynasınlar. Analizlər edirik, oyunları izləyirik. Bədavini çox istəyirəm, ona böyük hörmətim var. Oynamadığı üçün bu toplanışa dəvət almır. Amma bu, o demək deyil ki, onun üzərindən xətt çəkmişəm. Qarşıdakı matçlarda onu görə bilərik.

-Yaxşı nəticəyə ümid etdiyinizi dediniz. Qarşıdakı iki matçda sizin üçün yaxşı nəticə nədir?

- Futboldur, hər bir nəticə gözlənilə bilər. Amma son yoldaşlıq görüşləri və ondan öncəki  toplanışlardan deyə bilərəm ki, oyunçular çox istəklidirlər. Yaxşı məşqlər edirlər. O da mənə ümid verir ki, istədiyimiz nəticələri əldə edə bilərik. Mən, futbolçular, Azərbaycan xalqı, hamımız qələbə gözləyirik. 

- Mehdi Cənnətovun milliyə dəvət edilməməsi nə ilə bağlıdır?

 - Dəvət ala bilməzdi. Çünki pasportla bağlı problemləri var. Eyni qaydada Vüsal İsgəndərli də pasport problemi yaşayır.

 - İlk mətbuat konfansınızda demişdiniz ki, Yunanıstan futbolunda etdiklərimizi burada təkrarlamaq istəyirik. Amma indi deyirsiniz ki, mən baş məşqçiyəm, verilən qərarlar AFFA rəhbərliyinindir...

- Legioner limiti mənə aid olan məsələ deyil. Bu bir təhlildir. Bir ölkəni o biri ilə müqayisə etmək olmaz. Portuqaliyada legioner limiti yoxdur, 11 legioner çıxış edə bilər. Amma çox sayda oyunçular var ki, xaricdə oynayırlar. Ölkələri müqayisə edə bilmərik. Hər bir ölkə düşünməlidir ki, hansı addım ölkə futbola kömək ola bilər.

 - “Qarabağ”ın Çempionlar Liqasında əsas mərhələyə yüksəlməsi haqda fikriniz necədir? 

- Sözsüz ki, asan olmayacaq. Rəqiblər aydındır. “Qarabağ” layiqli şəkildə buralara çıxıb. Ən yaxşısını edəcəklər ki, ən yaxşı şəkildə ölkəni təmsil etsinlər. Neçə xal barədə heç nə deyə bilmərəm. 

- İslandiya və Ukrayna ilə bağlı fikirləriniz necədir?

- Asan oyunlar deyil. İslandiya uzun müddətdir ki, eyni oyunçularla birlikdə çıxış edir. Bütün futbolçular ölkə xaricində oynayırlar. Çox təcrübəli və keyfiyyətli oyunçulardır. Elə komandadır ki, arxadan hücumların qurulmasını çox yaxşı bacarırlar, çox yaxşı təşkil olunmuş hücumları var. Topsuz oyunda çox aqressiv çıxış edirlər, çalışırlar ki, top itirilən kimi geri qazansınlar. Köməkçilərimlə birlikdə İslandiya millisinin oyunlarına baxmışıq, təhlil etmişik. Əlbəttə ki, təhlil edəndə onların güclü nöqtələrini ortaya çıxarmışıq. Hücumda güclüdürlər. Zəif nöqtələrini də bilirik. Komandamızı bu oyuna yaxşı hazırlayacağıq. Rəqibimiz 4-2-3-1 sxemi ilə oynayır. Hücumda olanda 4-3-3 çıxış edirlər, onların oyun dinamikasını təhlil etmişik. İntensiv komandadır, buna baxmayaraq, çox yaxşı oyun olacaq. Yaxşı da hazırlaşacağıq. Ukrayna millisi də çox güclü rəqibdir.

İslandiya və Ukraynanı müqayisə etsək, islandlar 4-2-3-1 sxemi ilə oynayır. Ukrayna millisində isə bir dayaq yarımmüdafiəçisi, önündə də 2 hücumameyilli oyunçu ilə çıxış edirlər.  Bizim üzərimizə düşən hər iki komandanı yaxşı təhlil edib, oyunçulara çatdırmaqdır. Bu iki oyundan biri səfərdədir, uzun səfər olacaq. Qərar vermişik ki, İslandiyaya daha erkən yollanaq, ora yerləşək, uyğunlaşaq. Uzun səfər olduğu üçün bu da oyunçulara necəsə təsir göstərə bilər.

Aramızda 4 saatlıq fərq var. Ümumi qeydlər var ki, bu cür uzun səfərdən sonra oyunçu bir gün özünə gəlsin. Buna görə qərar verildi ki, ora daha tez uçaq. Ondan sonra da artıq evdə oynayacağıq. Azarkeşlərin dəstəyinə güvənirik. Ümid edirik ki, bizi dəstəkləyəcəklər. Bu, vacib amildir. Rəqibin güclü və ya zəif olmasına baxmayaraq, komanda hər oyuna yalnız qələbə üçün çıxır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Avqust 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see294

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see229

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

09 İyun 2026 16:43see223

İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı Tramp

10 İyun 2026 00:43see222

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see215

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see209

Hansı tərəfimiz üzərində yatmalıyıq?

10 İyun 2026 04:43see198

Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...

10 İyun 2026 03:03see187

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see185

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see181

U 21 qırğızlarla bacarmadı

09 İyun 2026 21:09see179

ABŞ nin nüvə aviadaşıyıcısında hərbçi güllələnərək öldürüldü

09 İyun 2026 18:03see177

“Liverpul” Konatenin yerinə dörd müdafiəçini nəzərdən keçirir

10 İyun 2026 05:17see176

“Qəbələ” legionerini göndərdi

09 İyun 2026 22:07see173

Aİ səfirləri Rusiyaya qarşı 21 ci sanksiya paketini müzakirə etməyə başlayacaqlar

10 İyun 2026 03:09see172

İran Trampın hədəsinə CAVAB VERDİ

10 İyun 2026 00:41see172

Vens: ABŞ İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

10 İyun 2026 05:02see170

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see169

Daha bir klub Asensioya “elçi düşdü”

09 İyun 2026 20:07see169

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri