Icma.az
close
up
RU
Bunun sənədsiz evlərə aidiyyəti yoxdur Ekspert son qərardan danışdı

Bunun sənədsiz evlərə aidiyyəti yoxdur Ekspert son qərardan danışdı

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nda dəyişiklik edib.

Qərara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Unikal"a açıqlamasında bildirib ki, bu dəyişiklik sırf texniki məsələdir. Onun sözlərinə görə, əvvəl müddət yox idi:

"Qərarda da bu məsələ qeyd olunub. Əvvəl müddət nəzərdə tutulmadığı üçün sənəd gedib aylarla Daşınmaz Əmlakın Kadastrı və Reyestri İdarəsində qalırdı. İndi qərardakı dəyişikliyə görə, 15 gün müddət müəyyən olunub. Həmin müddətdə qurum yer quruluşu ilə bağlı araşdırmanı aparır, torpağın vətəndaşa aid olub-olmadığını müəyyən edir. Əgər müəyyən edirsə, buna dair rəy verir və sənəd təqdim edir. Bundan sonra sənədlər qeydiyyata gedir. Müəyyən etmirsə, bununla bağlı əsaslandırılmış imtina məktubu verir və müayinə aktına əlavə olunur. Bunun sənədsiz evlərə aidiyyəti yoxdur.

Əgər sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı vahid qərar olmasa, ayrı-ayrı normativ hüquqi aktlara, Nazirlər Kabinetinin qərarlarına, sərəncamlarına müəyyən əlavələr etməklə bu prosesi köklü şəkildə həll etmək mümkün olmayacaq. Hesab edirəm ki, bunun "əmlak amnistiyası" kimi təqdim olunması doğru yanaşma deyil. "Əmlak amnistiyası" o halda olardı ki, heç olmasa bu qərar nəticəsində mövcud sənədsiz evlərin ən azı 40-50 faizi sənədləşərdi".

Anar Kəlbiyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Fevral 2026 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri