Bura HİNDİSTANDIR: Hüquqşünas bəyənmədi, yazıçı sevdi SƏYAHƏT
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Mənim təəssüratlarım çox xoşdur. Başqası üçün xoş olmayıbsa, nə deyə bilərik, normal haldır"
Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Fərhad Mehdiyev səyahət həvəsində olanlara “nəbadə Hindistana gedəsiniz, getməyin” deyə çağırış edib. “Hara gedirsiniz gedin, Hindistana getməyin. Hətta Tac Mahalı görmə həvəsiniz olsa belə. Çünki Hindistan, səyah ət sevənlərin travmasıdır. Mən xeyli ölkə gəzmişəm.
Bundan əvvəl gördüyüm ən çirkli ölkələr ərəb ölkələri olub. Amma Hindistan qədər havası kirli və tüstülü, küçələri çirkab, gigiyena olmayan, avtomobillərin dəli kimi sürüldüyü, hər yerdən siqnal səsi gəldiyi, insanların çoxunun dilənçi vəziyyətində yaşadığı başqa bir ölkə görməmişəm” deyən F.Mehdiyev inəklərin müqəddəs bilindiyi üçün harda gəldi – küçədə, parklarda sərbəst gəzib dolaşdığı, hər tərəfi batırdığını vurğulayaraq “Tac Mahalı görmək üçün bu əziyyətlərə dözməyə dəyərmi?!” qeyd edib.
Hindistan həqiqətənmi səyahət ediləsi ölkə deyil, yoxsa F.Mehdiyev qane olmayıb?
Qeyd edək ki, yazıçı İlahə Səfərzadənin də Hindistana səfərlə bağlı sosial şəbəkədə bundan əvvəl qeydləri var.
“Sherg.az”a açıqlamasında İlahə xanım bildirdi ki, hər bir səfərdən alacağımız təəssürat, həmin ölkəyə nə üçün, nə məqsədlə səfər etməyimizə bağlıdır: 
- Biz hər hansı bir insanı ittiham edə bilmərik ki niyə fərqli fikirdədir, getdiyi ölkəni mütləq bəyənməli, sevməlidir. Təbii ki, insan hansısa ölkəni sevə də bilər, bəyənə, yaxud bəyənməyə də bilər. Şəxsən mən çox sevdim Hindistanı. Çünki hər şeydən əlavə mən yazıçıyam, yazıçı üçün sivilizasiya tarixinin başladığı məkan maraqlı olur. Hesab edirəm ki, insanların, hətta dünyanın yaxşı tərəfini də görə bilərik, pis tərəfini də. Mən dünyanın yaxşı tərəfini, pis tərəfini də görməyə hazıram. Amma pis tərəfini saymadım heç.
Nəzərə almadım. Hər gözəlin bir eybi olur. Hindistan da qədim tarixi ölkədir, sivilizasiyanın başladığı məkanlardan biridir. Çoxlu tarixi yerlərə səfər etdik. Çox gözəl yerlər gördük, dünya görüşümüz genişləndi. Əlbəttə, “tarixin yanağında göz yaşı” adlandırılan Tac Mahalı da ziyarət etdik. Təəssürat möhtəşəm idi. Bəzi qüsurlar da oldu. Səfər təəssüratlarımda bu haqda qeyd etmişəm. Amma ümumən mənim təəssüratlarım çox xoşdur. Başqası üçün xoş olmayıbsa, nə deyə bilərik, normal haldır. Hərənin öz fikri, mövqeyi, baxış bucağı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 12 Yanvar 2026 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















