Bura Qarabağ dır, uşaq bağçası deyil Qurban Qurbanov
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır".
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 16-cı turunda “Qəbələ” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib. Mütəxəssis qələbənin vacibliyini vurğulasa da, əsas diqqətinin futbolçuların sağlamlığında olduğunu bildirib:
"Sanki oyundan çox, futbolçuları düşünürdüm. İstəyirdim ki, ili zədəsiz başa vursunlar".
O, rəqibi və həmkarı Kaxaber Sxadadzeni tərifləyərək onların daha çox xala layiq olduqlarını qeyd edib. Kamilo Duranın və digərlərinin meydanda sürüşməsini isə meydançanın durumu və sonradan oyuna daxil olma faktoru ilə əlaqələndirib.
2025-ci ili dəyərləndirən Qurban Qurbanov ilin gərgin lakin Azərbaycan futbolu üçün uğurlu keçdiyini, futbolçuların Çempionlar Liqası səviyyəsindəki təzyiqə dözməsindən razı qaldığını bildirib. O, ilin ən yaxşı futbolçusu seçiminə çətinlik çəksə də, Bəhlul Mustafazadənin sabitliyini və Elvin Cəfərquliyevin uğurlu oyunlarını fərqləndirib.
Transfer məsələlərinə toxunan baş məşqçi, Juninyonun geri dönüşünün real olmadığını bildirib:
"Bizim onu geri qaytarmağımız real görünmürdü. Ona görə də bununla bağlı ciddi söhbətimiz olmayıb. Mən onun "Sevilya"ya getməsini istəyirdim. Amma "Flamenqo" braziliyalı futbolçuların arzuladığı klubdur. Bəlkə də, buna görə oranı seçdi".
Qurban Qurbanov Pedro Bikalyo və komandanın 90 faizinə gələn təkliflər (Yaponiya, Dubay və s.) barədə danışarkən isə menecerlərin qeyri-peşəkar davranışına sərt reaksiya verib. O, Çempionlar Liqası üçün heyəti qorumağın vacibliyini vurğulayaraq deyib:
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Sanki futbolçuların fikrini yayındırırlar. Futbolda küçə danışığı olmamalıdır. Menecerləri, klub rəsmilərini nəzərdə tuturam. Pul bunların gözünü örtüb. Belə yanaşmaq düzgün deyil. Lazımsız və keyfiyyətsiz zənglər o qədər çoxdur ki, insan düşünür ki, həqiqətən də bunlar klublardan gəlirmi? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var, biri Yaponiyadan, biri Dubaydan zəng edir".
Baxış sayı:99
Bu xəbər 21 Dekabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















