Icma.az
close
up
RU
Bakıda qarğalar və sərçələr niyə YOXA ÇIXIB?

Bakıda qarğalar və sərçələr niyə YOXA ÇIXIB?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illərdə paytaxtda sərçələr yoxa çıxıb. Axır vaxtlarsa ala qarğalar nadir halda gözə dəyir. Halbuki bu quşları Abşeron yarımadasının daimi “sakinləri” idi.
Bəs bu quşların yox çıxmasının səbəbi nədir?
Suala Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının ornitoloqu Leyla Əhmədli cavab verib. 
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ala qarğa və dam sərçəsi sinantrop növlər olaraq şəhər və kəndlərdə yaşamağa uyğunlaşıblar:
“Onlar oturaq quşlardır və qışda heç bir ölkəyə köçüb getmirlər. Saylarına görə Bakıda məskunlaşmış növlərin içərisində dominant kimi fon yaradan quşlardır. Buna görədə parklarda, bulvarda, bağlarda, səmada uçuşda daha çox diqqəti cəlb edib nəzərə çarpırlar. Yəni onları ilboyu gördüyümüz üçün bir müddət görməyəndə belə nəticəyə gəlirik ki, sayları azalıb. 
Əslində şəhərlərdə quş növlərinin tədricən azalması dünyanın əksər böyük şəhərlərində müşahidə olunur. Bu prosesə həm antropogen, həm də təbii amillər təsir edir. Qeyd edilən amillər çox olsa da, bunların içərisində ikisi növün yaşayışı üçün həlledici əhəmiyyətə malikdir. Bunlar yem bazasının və nəsilvermək üçün əlverişli şəraitin olmasıdır. 
Son illərdə Bakı şəhərində açıq zibilliklərin aradan qaldırılması, qapaqlı zibil qutuların istifadəsi, göyərçin, sərçə, qaratoyuq  dəstələrinin, fərdlərinin azalması, sahibsiz pişiklərin artması, qazonların biçilməsi və kimyəvi işlənməsi qarğaların torpaqda, otluqda olan onurğasızları, xüsusilə ilbizləri toxumları yeyə bilməməsi, eləcədə COVİD19-la əlaqədar aparılan kimyəvi dezinfeksiya işləri ala qarğanın yem obyektlərinin sayının təricə azalmasına gətirib çıxarır”.
“Yuva qurmaq üçün yer azalıb”
Müsahibimiz əlavə edib ki, şəhərin mərkəzi sahələrində həmin faktorların təsiri güclü olduğu üçün bu quşlar şəhərin ətrafındakı daha əlverişli yemlənmə yerlərinə köç edirlər:
“Belə ki, şəhər ətrafında payız şumu aparılan əkin sahələrində, zibilliklərdə, bağlarda yem tapmaq asan olur. Qeyd etdiyimiz kimi, ala qarğa uzaq ərazilərə miqrasiya edən quş deyil. Sadəcə oturaq və sinantrop quş kimi, urbanizasiyanın intensiv baş verdiyi Bakı şəhəri və Abşeron yarımadasındakı daha əlverişli yaşayış sahələrinə köç edirlər. 
Belə yerdəyişmələrin digər səbəbi şəhərin mərkəzi sahələrində yuvalama yerlərinin azalmasıdır. 
1990-cı illərdən başlayaraq Bakı şəhərində məskunlaşan və sürətlə artan, ala qarğaların ərazi rəqibi olan yeni növ boyunbağılı tutuquşular da artıb. Bütün bu qeyd edilən amillər yekunda ala qarğaların Bakıdakı populyasiyasının nəsilvermə potensialının, yəni bir cütün verdiyi balanın sayının azalmasına, bala tələfatının artmasına gətirib çıxarır. 
Qeyd edilən proseslər dam sərçəsinin də populiyasiyalarında cüzi fərqlə baş verir.
Belə ki, dam sərçəsi ala qarğadan fərqli olaraq dəstə və qrup halında yuva qurur, yemlənirlər. Yemlərini torpaqda, qazonda olan onurğasızlar və toxumlar təşkil edir. Kollarda, divarların yarıq və çatlarında yuvalayırlar. İldə bir neçə dəfə nəsil verməklərinə baxmayaraq, ala qarğa və sahibsiz pişiklər tərəfindən tələf edilirlər. 


Üstəlik, kolluqların xaricdən gətirilmə ağaclarla əvəz olunması və divarların üzlük daşla hörülməsi yuvalama yerlərinin itirilməsinə səbəb olur. Beləliklə nəsilvermə və yemlənmə yerlərinin azalması, düşmənləri tərəfindən sıxışdırılması onları şəhər ətrafındakı əkin və bağlara köç etməyə məcbur edir. Bu səbəbdən onlar şəhərdə daha az gözə görünürlər.
Əlbəttə, növ təbiətdə asanlıqla yoxa çıxmır. 
Sadəcə o yaşamaq üçün yerli köçmələr edərək daha əlverişli biotoplarda məskunlaşır. Bu növün Bakı şəhərində daha seyrək halda müşahidə edilməsinin səbəbi də qeyd edilənlərlə əlaqədardır. Ümumilikdə isə, bütöv təbii ekosistemlərin insan tərəfindən transformasiya olunduğu indiki dövrdə  şəhərlərin quş faunasın yenilənməsi bütün dünyada müşahidə olunur”.
Surxay Atakişiyev, Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Dekabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri