“Burada da xalqımıza xəyanət edənlərin izi tapılacaq” KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Verilişlərin reytinqini təyin edən Marsa adlı şirkət haqqında bir müddətdir araşdırma aparıram, amma təəssüf ki, heç bir dəqiq və açıq məlumat tapmaq mümkün deyil”.
KONKRET.az xəbər verir ki, bunu tanınmış müğənni Nura Suri bildirib.
O qeyd edib ki, hamı efirdə yayımlanan səviyyəsiz, mənasız verilişlərdən şikayətlənir, amma bu verilişlərin “reytinq”ini kim və necə ölçür – heç kim bilmir.
“Heç kim bilmir ki, bu cihazlar hansı evlərdə quraşdırılıb, nəticələr necə toplanır və hansı meyarlarla “populyarlıq” müəyyən olunur.
Bütün telekanallar bu cədvəl əsasında sponsorlardan və reklamdan pul qazanır.
Nəticədə, səviyyəsiz “reytinqli qonaq” çağırılır, zövq oxşayan və yaxud maarifləndirici verilişlər isə guya ki, reytinq toplamır”.
Müğənni vurğulayıb ki, bu, çox ciddi məsələdir:
“Əminəm ki, bu sistem tam şəffaf şəkildə araşdırılsa, burada da dövlətimizə və xalqımıza xəyanət edənlərin izi tapılacaq”.
N.Suri bildirib ki, apardığı araşdırma nəticəsində aşağıdakı məlumatları əldə edib:
“Marsa MMC (tam adı Media Audience Research System of Azerbaijan) Azərbaycanda televiziya auditoriyasının ölçülməsi ilə məşğul olan yeganə şirkətdir.
Şirkət Böyük Britaniyanın “Kantar Media” adlı beynəlxalq media araşdırma qurumu ilə əməkdaşlıq etdiyini bildirir.
Rəsmi saytında texniki tərəfdaşlıqdan bəhs olunur, amma şirkətin kimə məxsus olduğu, təsisçiləri və payçıları barədə heç bir açıq məlumat yoxdur.
Reytinq ölçmələrinin necə və hansı evlərdə aparıldığı, cihazların (PeopleMeter) hansı prinsiplərlə seçildiyi barədə də ictimaiyyətə məlumat verilmir.
“Marsa”nın icraçı direktoru İradə Sultanova kimi göstərilir, lakin şirkətin strukturuna və nəzarət orqanlarına dair məlumatlar nə mətbuatda, nə də dövlət reyestrlərində geniş təqdim olunmayıb”.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:76
Baxış sayı:76 Bu xəbər 31 Oktyabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 31 Oktyabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















