Icma.az
close
up
RU
Burada səsimizi Allah da eşitmirdi

Burada səsimizi Allah da eşitmirdi

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"O, səhnədə, tabutda səssiz-səmirsiz olan mənim muğam müəllimimdir, dostlar. Səsimə səs, nəfəsimə nəfəs, gücümə güc qatanım, Arif Babayev... Arif müəllim həyatda idi, Şövkət xanımın yoxluğuna o qədər də inanmırdım. Bu gün isə körpə uşağa dönmüşdük: mən, Nuriyyə Hüseynova, Zakir Əliyev, Nəzakət Teymurova, Cabir Abdullayev... Elə bil atasız qalan körpə, əlləri yaralı quş kimi çabalayan, imdad diləyən, içindəki, hayqırtısından öz qulağı tutulan, "köməy olun" deyərək işi-çölü yanan körpə uşaqlar kimi biri-birimizdən bərk yapışaraq sanki Tanrıdan "nə olar, ustadımızı ayırma bizdən, Allahım" deyirdik, iç naləmizlə. Səsimizi özümüzdən başqa eşidən yox idi... Allah da eşitmirdi. Çünki içimiz qana boyanmışdı, qan ağlayırdı..."

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova mərhum Xalq artisti Arif Babayevlə bağlı paylaşımında yazıb. 

"Seygahın şahı getdi. Ustadımız köçdü başqa dünyaya. Biz olmayan dünyaya bizsiz köçdü. Tək getdi o çətin, qaranlıqlardan keçən uzun yolu. Azüqən bol olsun, ustad. Bütün sənət öyrətdiyin tələbələrinin, onların da tələbələrinin sizdən qazandığı, öyrəndikləri sizin səvablarınız olsun yolunuz boyu. Getdiniz. Sizdən qalan bunlar oldu. Biz sizdən razı qaldıq. Qoy, Allah da sizdən razı olsun.

Arif müəllim segah muğamının sadəcə ifaçısı deyildi, onun ruhunu danışdıran bir sənətkar idi. Sanki segah muğamı onun səsində özünü tapmışdı. Onun oxuduğu segah əslində bir tale, bir hekayə, bir dua kimi səslənirdi. Elə bil ki, bu segah onun üçün yazılmışdı, onun nəfəsinə, qəlbinə, daxili aləminə uyğun biçilmişdi. Arif müəllim segahı oxuyanda sanki səsindən boylanan bir rəsm vardı – nə fırça iziydi, nə də sadə bir kölgə... Bu, Allahın çəkdiyi rəng idi, heç bir rəssamın əli çata bilməyəcəyi dərəcədə saf və müqəddəs.

Onun səsində bir yanğı vardı – bir ağrının gözəlliyi, bir dərdin zərifliyi. Hər segah onun dilindən çıxanda insanların içində illərlə gizlənmiş duyğuları oyadırdı. Və o qədər təsirli, dərin idi ki, segah artıq sadəcə bir muğam yox, Arif Babayevin öz səsi, öz nəfəsi olmuşdu. İndi segah səslənəndə çoxları onu yenə Arif müəllimin səsində eşitmək istəyir. Çünki segah onunla bütöv, tam idi. Onun səsi olmasaydı, segah bu qədər vardı? Onun səsi olmasaydı, segah bu qədər sevilərdi, başa düşülərdimi? Bunu zamanın özü də cavablandıra bilmir. Arif Babayev segahı danışdırdı. Onunla dərdini dedi, sevdi, Tanrıya pıçıldadı. Və bu pıçıltı bu gün də səslənir – qəlblərdə, yaddaşlarda, sükutun özündə... Arif Babayev segahın rəssamı, bəstəkarı, tələbərinin isə əsl atası idi" deyə, A.Haşımova bildirib.

Qeyd edək ki, Arif Babayev bu gün səhər saatlarında vəfat edib. O, I Fəxri Xiyabanda dəfn olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:445
embedMənbə:https://axsam.az
archiveBu xəbər 01 Avqust 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri