Icma.az
close
up
RU
“Burada oturub onların dəyirmanına su tökən Kamran Yunisin məqsədi nədir?”

“Burada oturub onların dəyirmanına su tökən Kamran Yunisin məqsədi nədir?”

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müxtəlif bəhanələrlə və formalarda ölkəni tərk etmiş bloqqerlərin Azərbaycana qarşı istifadə olunması artıq heç kimə sirr deyil. Ölkəmizlə bağlı bütün həssas məqamlarda milli maraqlarımızın ziddinə çıxış edən, ictimai müzakirə meydanını söyüş və təhqirlərlə daraldan həmin tiplərin Azərbaycanın müstəqil iradə nümayiş etdirməsini həzm etməyən qüvvələrin təsir agentlərinə necə çevrilməsi isə ayrıca mövzudur. 44 günlük Vətən savaşında erməni propoqandasının tezislərini təkrar edənlər Azərbaycanın qazandığı tarixi qələbənin əhəmiyyətini kiçiltmək üçün əllərindən gələni əsirgəmədilər.

Bəzi hallarda isə o qədər qabağa getdilər ki, hətta ermənilər özləri də İkinci Qarabağ savaşında məğlub olduqlarını etiraf etməkdən çəkindilər. Lakin mühacir bloqqerlərin Vətənə xəyanəti təkcə Qarabağ savaşı kontekstində nəzərə çarpmır. Ölkədə ictimai-siyasi sabitliyin pozulmasına rəvac vermək də, Cənubi Qafqazın lider dövlətindən yeni orta gücə çevrilən Azərbaycanda milli həmrəyliyi pozmağa çalışmaq da elə vətənə xəyanətin bir növüdür. Özünə, vətəninə, dövlətinə sayğı ilə yanaşan heç kim milli müqəddəratımızın əleyhinə hesablanmış o çıxışları qəbul edə bilməz.

Amma qəbul edənlər bir yana, öz sosial şəbəkə hesablarında anti-Azərbaycan məzmuna malik mövqelərə birbaşa və dolayı yolla haqq qazandıranlar, şəxsi narazılıqlarını, yaxud uğursuzluqlarını da tərəzinin gözünə qoyub maskaları dəfələrlə yırtılmış mütəşəkkil söyüş çətəsinin üzvlərini ədalət uğrunda mübarizə simvollarına çevirənlər var.

Biri elə Kamran Yunis. Deyilənə görə, aktyordur. Özünü ictimai arenada da artistliyə qoyub gah məzlum, gah da “ədalət çarçıları”nın müdafiəçisi rolunu oynayır.

Əgər o doğrudan da nə baş verdiyini anlamırsa, bir təəssüf! Əksinə, öz ambisiyalarını milli maraqların fövqünə qaldırır, yaxud oynadığı rolla hansısa dairələrin diqqətini cəlb etmək istəyirsə, onda min təəssüf. Azərbaycan cəmiyyəti və dövləti bu cür cildəgirənlərin Kamran Yunisdən dəfələrlə böyüyünü görüb. Rüstəm İbrahimbəyovun 2013-cü ildəki avantürist layihələrini çökdürən bir toplumdan Kamran Yunis heç zaman arzuladığı alqışı ala bilməz.

Görəsən nəyin hikkəsi, nəyin qəzəbidir sosial şəbəkə hesablarında son yazdıqları? Şuşaya getmək istəyirsən? Buyur, get, ziyarət elə, Azərbaycan Silahlı Qüvvələrinin hansı relyefdə qalib gəldiyini gör. Filmə çəkilmək, rol almaq istəyirsən? Zatən çəkilirsən. Yox ürəyindən Hollivud keçirsə və gerçəkdən də istedadlısansa, bacarıqlıdansa, yolun açıq olsun. Bir tərəfdən dövlətin guya vətəndaş sərbəstliyini boğduğunu iddia etmək, o biri tərəfdən sənətin azadlığından danışmaq, nəhayət son nəticədə dövlətdən imtiyazlar ummaq, Anadolu türkləri demiş, bir qafaya sığmamalıdır axı...

Heç kim bu ölkədə problem olmadığını iddia etmir. Ən müxtəlif problemlərdən  danışmaq mümkündür. Fəqət ən müxtəlif problemləri sipərə çevirib antimilli ünsürlərə qahmar çıxmaq nə etik, nə də həmin məsələlərin həllinə kömək edəcək yanaşmadır. Vaxtilə ölkədə devalvasiya baş vermişdi. Cəmiyyət böyük ölçüdə fərqində oldu ki, atılan addım dövlətin maliyyə ehtiyatlarını qorumağa yönəlib. Şok ötəndən sonra cəmiyyət öz normal yaşamına döndü. “Azərbaycan batırsa-batsın, təki mən kütlənin gözünə xoş görünüm” deyə prosesə obyektiv qiymət vermək istəməyənlərə heç fikir verən də olmadı. İndi də məsələlər hamı üçün sadədir. Bütün Azərbaycan cəmiyyəti fərqindədir ki, populist gündəmlər qonşuları alov-alov yanan Azərbaycanın inkişaf amalına xidmət etmir. Ancaq Azərbaycanın gerçək gündəminə deyil, primitiv üsullarla aparılan qarayaxma kampaniyalarına qoşulanlar- Kamran Yunis kimiləri-  elə bilirlər ki, dövlətin üstünə çəmkirəndə ağızları bala batacaq. Məxməri inqilab layihələrinin iflasa uğradığı, gerçəkləşdiyi ölkələrə fəlakət gətirdiyi bir dünyada Azərbaycanın ən böyük uğuru xalqla hakimiyyət arasındakı etimad körpüsünün dayanıqlılığıdır. Bu körpünü uçurmağa nə Leyla Yunusların gücü çatar, nə də Kamran Yunisin...

Bəli, istənilən cəmiyyətdə siyasi hakimiyyətlər tənqid olunur. Lakin təqdir də olunur. Hakimiyyəti həm təqdir, həm də tənqid edənlər arasında müxtəlif həyat amalına malik şəxslər ola bilər. Əsas fərqlilik isə cəmiyyətin təbii ehtiyaclarından doğmalıdır. Bu gün Azərbaycanın maraqları onu tələb edir ki, yeni milli hədəflərimiz uğrunda konseptual müzakirələr getsin və bu müzakirələrdə ziyalılarımız fəal iştirak etsinlər. Edirlərmi? Məsələn, Kamran Yunis İranda Azərbaycan Dövlət Televiziyasının qara siyahıya salınmasına qarşı hansı mövqe ortaya qoyub? Belə bir mövqe yoxdursa, deməli, adamın çörəyi dizinin üstündədir. Çörəyi dizinin üstündə olanlardan isə nə dövlətə fayda gələr, nə iqtidara, nə də cəmiyyətə!

Daha sonrası, xaricdə oturub Azərbaycanı təhqir edən xəyanətkarların - Tural Sadıqlının, Məhəmmədəli Mirzəlinin, İlqar Hacıyevin,  Qabilin və digər bu kimilərinin simasızlığı da, məqsədləri də, amalları da bəllidir. Amma burada oturub onların dəyirmanına su tökən Kamran Yunisin məqsədi nədir?

Taleh Şahsuvarlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 İyul 2026 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri