Icma.az
close
up
RU
Burada faiz yoxdur! İslam bankçılığı nədir?

Burada faiz yoxdur! İslam bankçılığı nədir?

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ənənəvi bankçılıqda müştəri banka gəlir və əmanət qoyur. Bank əmanət üzrə hər ay faiz verir. İslam bankçılığında isə banka qoyulan əmanət qarşılığında faiz verilmir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib. O, qeyd edib ki, İslam bankçılığını ənənəvi bankçılıqdan fərqləndirən bəzi nüanslar var:

“İslam bankçılığı odur ki, faizə bağlı deyil. Əlavə olaraq, islam bankçılığının maliyyələşdirilməsi zamanı İslam dininə zidd olan layihələr maliyyələşdirilmir. Məsələn, içki biznesi və s. Amma əsas məsələ faizlə bağlıdır. Ənənəvi bankçılıqda müştəri banka gəlir və əmanət qoyur. Bank əmanət üzrə hər ay faiz verir. İslam bankçılığında isə banka qoyulan əmanət qarşılığında faiz verilmir. Bank bildirir ki, mən əgər ilin sonunda mənfəətə çıxacağamsa, sənə də oradan qoyduğun pula uyğun gəlir verəcəyəm. Bu halda əmanətçi bankın payçısı hesab edilir. Yəni sənin işin uğurlu olsa mən də qazanacam, uğurlu olmasa isə qazanmayacağam. Adi bankçılıqda isə belə deyil. İli yaxşı yaxud pis başa vurmasından asılı olmayaraq, müştərinin faizi verilir”. 

Ekspert diqqətə çatdırıb ki, hazırda qanunvericilik buna cavab vermir:

“Adi bankçılıqda bank müştəriyə kredit verir və deyir ki, get bizneslə məşğul ol. Sənin biznesin uğurlu yaxud uğursuz olmasından asılı olmayaraq, sən mənə faiz verməlisən. İslam bankçılığında isə belə deyil. Orada bank faktiki olaraq, həmin biznesin şərikinə çevrilir. Əgər biznes uğurlu olacaqsa, bank da qazanır. Yox əgər uğursuz olarsa, bank da heç nə qazanmır. İslam bankçılığı daha çox şəffaflığı tələb edir. Bank müştərinin maliyyə hesabatlarını görməlidir. Bizim qanunvericilik hələlik buna cavab vermir”.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri