Icma.az
close
up
RU
Buraxılış imtahanı ilə bağlı VACİB AÇIQLAMA Nələr dəyişib?

Buraxılış imtahanı ilə bağlı VACİB AÇIQLAMA Nələr dəyişib?

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

“2025-ci ilin martın 2-də keçirilən buraxılış imtahanlarında 23 abituriyentin maksimum nəticə olan 300 bal toplaması ölkənin qiymətləndirmə sistemində formalaşan yeni tendensiyaların davam etdiyini göstərir. Bu nəticə 2024-cü ildə qeydə alınan 53 nəfərlə müqayisədə az olsa da, 2023-cü ildə maksimum nəticə göstərənlərin heç olmaması fonunda təhsilin keyfiyyətində sabitliyin və daha sistemli idarəetmənin formalaşdığını sübut edir”.

Bu fikirləri “Yeni Sabah”a təhsil eksperti Kamran Əsədov builki buraxılış imtahanlarının nəticələrini şərh edərkən bildirib. O, vurğulayıb ki, nəticələrin təhlili sayla deyil, səbəb və məzmunla aparılmalıdır:

“Buraxılış imtahanları sadəcə imtahan nəticələri deyil, eyni zamanda təhsil sisteminin məzmununun, müəllimlərin hazırlıq səviyyəsinin, məktəbdaxili təlim keyfiyyətinin və ümumiyyətlə şagirdin 11 illik təhsil mühitində aldığı bilik və bacarıqların qiymətləndirilmə mexanizmidir. Bu baxımdan nəticələrin təhlili sadəcə say göstəriciləri ilə yox, onların strukturuna və səbəblərinə əsaslanmalıdır.Dövlət İmtahan Mərkəzinin qiymətləndirmə meyarlarında son üç ildə ciddi struktur dəyişiklikləri olmasa da, sual formalarının məzmunu və tərtibat fəlsəfəsində mühüm dəyişikliklər müşahidə olunub. Xüsusilə 2022-ci ildən etibarən imtahan modellərində açıq tipli sualların çəkisi artırılıb, təhlil, məntiq və oxu-anlama qabiliyyətlərini yoxlayan tapşırıqlara üstünlük verilib. Bu, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 18.3-cü maddəsində qeyd olunan “təhsilin nəticələrinin qiymətləndirilməsi təhsilverənin əldə etdiyi bilik, bacarıq və vərdişlərin səviyyəsinə əsaslanmalıdır” prinsipi ilə uyğunluq təşkil edir. Beləliklə, testlər artıq yalnız əzbərçiliyi deyil, funksional savadlılığı ölçən vasitəyə çevrilib. Bu yanaşma, həm də beynəlxalq təhsil sistemlərinə inteqrasiyanın göstəricisidir”.

K.Əsədov illər əvvəlin nəticələrindən də söz açıb:

“2023-cü ildə heç bir abituriyentin 300 bal toplaya bilməməsi, həmin ilin sual modelindəki yeniliklər, abituriyentlərin psixoloji uyğunlaşma problemi, həmçinin müəllim hazırlığında hələ də müşahidə olunan boşluqlarla bağlı idi. 2024-cü ildə 53 nəfərin maksimum nəticə əldə etməsi, sistemin yeni qiymətləndirmə modelinə adaptasiyasının artdığını və məktəblərin imtahanlara daha məqsədyönlü hazırlıq apardığını göstərdi. 2025-ci ildə isə bu rəqəmin 23 nəfərə düşməsi ilk baxışda geriləmə kimi qiymətlənsə də, əslində bu, nəticələrin daha real təhsil mənzərəsini əks etdirdiyini göstərir. İmtahanda yüksək nəticə əldə etmək yalnız repetitor hazırlığı ilə deyil, həm də məktəbdaxili tədrisin səviyyəsi ilə sıx bağlıdır. Bu gün orta məktəblərdə tədris prosesinin keyfiyyəti ilə repetitorluq bazarının paralel inkişafı arasında ziddiyyətli əlaqə müşahidə olunur. Bu səbəbdən yüksək bal toplayanların sayının dəyişkənliyi sadəcə fərdi hazırlıqla deyil, ümumi sistemlə izah olunmalıdır.

Statistika göstərir ki, 2025-ci ildə buraxılış imtahanlarında iştirak edənlərin sayı təxminən 100 min nəfərə yaxın olub. Bu fonda 23 nəfərin maksimum nəticə əldə etməsi təxminən 0.02 faiz təşkil edir. Bu rəqəm həm yüksək nəticəyə çatanların nə qədər az olduğunu göstərir, həm də qiymətləndirmə sisteminin nə qədər seçici və obyektiv olduğunu ortaya qoyur. Eyni zamanda bu, imtahanın süni şəkildə yüngülləşdirilmədiyinin, tələb olunan kompetensiyaların ciddi şəkildə qiymətləndirildiyinin göstəricisidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Aprel 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri