Icma.az
close
up
RU
“İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” mövzusunda tədbir keçirilib

“İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” mövzusunda tədbir keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 oktyabr, AZƏRTAC

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin birgə təşkilatçılığı ilə akademiyanın inzibati binasında “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri Şeyda Məhərrəmova tədbir iştirakçılarını salamlayaraq müvafiq mövzuda çıxışlar ediblər.

Akademik Urxan Ələkbərov bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Cari ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü münasibətilə çoxsaylı tədbirlər keçirilir.

Şeyda Məhərrəmova vurğulayıb ki, hazırda ölkəmiz müstəqillik tarixinin ən yüksək inkişaf dövrünü yaşayır. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Qürurverici haldır ki, tarixi Zəfər sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi, yəni burada təsbit edilmiş hüquq və azadlıqlar işğaldan azad olunmuş bütün torpaqlarımızda tam şəkildə bərqərar edilmişdir. Bu Azərbaycan xalqının dövlət suverenliyinin qorunması uğrunda apardığı mübarizənin və gələcəyə olan əzminin təcəssümüdür.

Daha sonra Binəqədi Rayon məhkəməsi tərəfindən “Konstitusiya və Suverenlik İli” ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

Tədbirdə Akademiyanın Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimləri Aytəkin İbrahimova və Anar Rzayev çıxış edərək mövzunun aktuallığından və əhəmiyyətindən danışıblar.

Natiqlər qeyd ediblər ki, müasir dünyanın demokratik inkişafının başlıca meyarlarından birini insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması vəziyyəti təşkil edir. Bu hüquq və azadlıqlar bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilməklə vətəndaş cəmiyyətinin əsas prioriteti olmuşdur.

Diqqətə çatdırılıb ki, Azərbaycanda demokratik hüquqi dövlət prinsiplərinin təşəkkül tapdığı və gücləndiyi müasir şəraitdə vətəndaşların hüquqi müdafiə təminatlarının gücləndirilməsinin mühüm hüquqi mexanizmi olaraq insan hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin rolu güclənmiş, məhkəmə hakimiyyətinin səlahiyyətləri və təsir sferası genişləndirilmiş, onun fəaliyyətində qanunçuluğun realizə və möhkəmləndirilmə metodları təkmilləşdirilmişdir.

Xüsusi olaraq bildirilib ki, müasir dövrdə müstəqil məhkəmə hakimiyyətinin təşkilati-hüquqi əsaslarının yaradılması sahəsində ölkəmizdə böyük nailiyyətlər əldə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri