Icma.az
close
up
RU
Buraxılış imtahanı iştirakçıları arasında keçirilən sorğunun nəticələri açıqlanıb

Buraxılış imtahanı iştirakçıları arasında keçirilən sorğunun nəticələri açıqlanıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 13-də, 20-də və 27-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından sonra iştirakçılar arasında məmnuniyyət sorğusu təşkil edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, sorğu hər 3 imtahan günündə Bakı şəhərində, həmçinin aprelin 13-də Gəncə, Cəlilabad və Lənkəranda bəzi imtahan binalarının qarşısında DİM-in könüllüləri vasitəsilə təşkil edilib. Sorğuya ümumilikdə 1475 imtahan iştirakçısı qatılıb. İştirakçılar onlara təqdim olunmuş anket vasitəsilə imtahan keçirilən yer, nəzarətçilərin davranışı, tapşırıqların aydın və başa düşülən olması, imtahan zamanı təşkilati və texniki hazırlıq və ümumi imtahan təcrübəsini qiymətləndiriblər.

“İmtahanın keçirildiyi məkanın şəraiti” ilə bağlı suala 773 nəfər “Çox yaxşı”, 600 nəfər “Yaxşı”, 93 nəfər “Orta” cavabını verib. Bu göstəricilər rəyi soruşulanların 99.4 faizini təşkil edir. Bununla yanaşı, 0.6 faiz iştirakçı imtahan şəraitindən narazı qalıb.

“Nəzarətçilərin davranış və ünsiyyət tərzi”ndən 99.6 faiz iştirakçı “Tam razı” və ya “Qismən razı” (1447 nəfər “Tam razı”, 22 nəfər “Qismən razı”) qalıb. 6 nəfər “Qətiyyən razı deyiləm” bəndini seçib.

“İmtahan prosesi zamanı hər hansı texniki və ya təşkilati problem yaşadınızmı?” sualına 98% iştirakçı (1445 nəfər) “Xeyr”, 2% iştirakçı (30 nəfər) isə “Bəli” cavabını verib.

“İmtahanda istifadə olunan suallar”la bağlı 1119 nəfər “Hamısı aydın və başadüşülən idi” cavabını seçib. 320 nəfər isə onun üçün bəzi sualların aydın olmadığını qeyd edib.

“Ümumi olaraq imtahan təcrübənizi necə qiymətləndirirsiniz?” sualına isə iştirakçıların 361 nəfəri “Əla”, 712 nəfəri “Yaxşı”, 294 nəfəri “Orta” qiymət verib. 108 iştirakçı isə imtahan təcrübəsindən narazı qalıb.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək əksər kütləvi imtahanlarda imtahansonrası məmnuniyyət sorğusunun keçirilməsi nəzərdə tutulub. Sorğunun keçirilməsində məqsəd vətəndaşlara təqdim edilən xidmət keyfiyyətinin öyrənilməsi və daha da inkişaf etdirilməsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see204

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see185

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see180

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri