Icma.az
close
up
RU
Buraxılış imtahanları iyunun ilk 15 gününə salınsın Ekspertdən TƏKLİF

Buraxılış imtahanları iyunun ilk 15 gününə salınsın Ekspertdən TƏKLİF

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təhsil sahəsində müəllimləri narahat edən mövzulardan biri tədris proqramı bitməmiş şagirdlərin buraxılış imtahanı verməsidir. Məsələn, xarici dil, riyaziyyat və Azərbaycan dili müəllimləri bildirirlər ki, şagirdlər hələ mart-aprel aylarında buraxılış imtahanı verdikləri üçün onlar nə dərsə gəlməkdə maraqlıdırlar, nə də dərs oxumaqda. Belə demək mümkünsə, həm şagirdlər, bəzən də elə müəllimlər özləri də dərsə maraqlı olmurlar. Bununla da, mərhələli imtahan prosesi cəmiyyətin həyatına heç də müsbət təsir etmir. 

Bütün bunların olmaması üçün təhsil sistemində hansı dəyişikliklər edilə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirdi ki, qaldırılan məsələ kifayət qədər ciddi və akrual mövzudur:

"İllərdir biz təhsil mütəxəssisləri bu məsələ ilə bağlı fikirlərimizi istər sosial şəbəkələrdə, istərsə də mətbuat üzərindən bildiririk. Azərbaycan Respublikasında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarı ilə tədris ilinin müddəti 34 həftədir. Hər bir təhsil müəssisəinin vəzifələrindən biri də dövlət standartları ilə qəbul olunmuş dövlət proqramlarını həyata keçirməkdir. Amma çox təəssüf olsun ki, illərdir bizdə buraxllış imtahanları tədris ilinin bitməsinə 12-13 həftə qalmış keçirilir. Dövlət İmtahan Mərkəzi elan edir ki, imtahanın keçirildiyi müddətdən sonrakı 12-13 həftə ərzində keçiriləcək materiallar buraxılış imtahanlarına salınmır. Elə isə haqlı olaraq sual meydana gəlir. Onlar imtahana salınmayacaqsa, proqramda niyə var? Nəticə etibarilə bu, məktəblilərdə bir neçə ağır fəsadlara gətirir. Bu gün bizim istər 9 istər, 11-ci sinif şagirdlərimiz əsasən repetitorla hazırlaşırlar".

Müsahibimiz qeyd etdi ki, buraxılış imtahan nəticələri qəbul prosesinə təsir etdiyinə görə repetitorlar daha sürətli və daha ağır hazırlıqlar keçmək məcburiyyətində olurlar.

"Bu nəticədə şagird yüklənir. Buraxılış imtahanlarından sonra məktəblərdə davamiyyəti bərpa etmək mümkün deyil. Çünki artıq şagirdlər fikirləşirlər ki, onlar artıq buraxılış imtahanını veriblər, var qüvvələri ilə blok imtahanlarına hazırlaşmalıdırlar. Nəticə etibarilə təhsil müəssisələrində həm tərbiyə,  həm təhsil problemi yaranır. Qaldırdığınız məsələ, doğurdan da, ciddidir. Biz təklif edirik ki, buraxılış imtahanları iyunun ilk 15 gününə salınsın. Həm şagirdlər əlavə olaraq 3 ay vaxt qazanırlar, daha yaxşı hazırlaşa bilsinlər, eyni zamanda məktəblərdə təhsil mühiti dağılmasın", - deyə E.Qafarov bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Aprel 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri