Icma.az
close
up
RU
Buraxılış imtahanları: iddialar və reallıqlar

Buraxılış imtahanları: iddialar və reallıqlar

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Martın 9-da Azərbaycanda Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirildi. 58 min nəfərdən çox abituriyentin iştirak etdiyi imtahandan sonra bir çox abituriyentlər imtahana salınan sualların ayrılan vaxtla tam mütənasib olmadığını bildirərək ötən illərlə müqayisədə bu il sualların daha çətin olmasından şikayətləndilər. Xüsusilə açıq tipli sualların cavablandırılmasının daha çox vaxt apardığı ilə bağlı fikirlər səsləndirildi, riyaziyyat suallarının çətin, sual şərtlərinin uzun və mövzuların mürəkkəb olduğu vurğulandı.

Azərbaycan dili suallarından da şikayətlənənlərin sayı az deyildi. Abituriyentlər qeyd edirdilər ki,  Azərbaycan dili sualları çətin və mətnlər qəliz olub, hətta sualların bəziləri III qrup (blok) imtahanı tipində olub. Nəticədə abituriyentlər biliklərini tam göstərməkdə çətinlik çəkiblər, çünki məntiq tələb edən və uzun mətnə əsaslanan suallar vaxtın böyük hissəsini alıb. İngilis dilindən dinləmə (Listening) tapşırıqları zamanı səsləndirmənin bəzi zallarda kifayət qədər aydın olmaması qeyd edilib.

Müəllimlər isə hesab edirlər ki, bəzi suallar əvvəlki illərlə müqayisədə daha çox düşünmə və vaxt tələb edib. Tapşırıqların quruluşu toplu testlərdə və vəsaitlərdə verilən nümunələrlə eyni, sadəcə mətnlər fərqli olub.

Təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, imtahan sualları müəyyən prinsip əsasında hazırlanır: "Suallar üç kateqoriyaya bölünür: sadə, orta və çətin. Sadə suallar hazırlıq səviyyəsi aşağı olan abituriyentlər üçün nəzərdə tutulur, orta suallar qismən hazırlaşanlar üçün, çətin suallar isə yaxşı hazırlaşmış abituriyentlər üçündür. Bu çətin suallar vasitəsilə ən yüksək nəticə göstərənlər müəyyənləşdirilir. Dünyanın bir çox ölkələrində də imtahan sistemləri məhz bu prinsiplə qurulur. Məqsəd ən yaxşı nəticə göstərən və daha yüksək düşünmə qabiliyyətinə malik abituriyentləri seçməkdir. Bununla yanaşı, bəzi hallarda imtahanda verilən mətnlərin uzunluğu və onların oxunmasına sərf edilən vaxt məsələsi də müzakirə olunur. Doğrudan da, bəzi mətnlərin oxunması müəyyən qədər vaxt aparır. Bu səbəbdən gələcəkdə imtahan müddətinin artırılması məsələsinə baxıla bilər. Xüsusilə də növbəti ildən xarici dil fənni üzrə yazı tapşırıqlarının əlavə olunması nəzərdə tutulduğu üçün imtahan vaxtının uzadılması mümkün variantlardan biri kimi müzakirə edilir. Bununla belə, diqqətlə və planlı şəkildə hazırlaşan abituriyentlər üçün imtahanın ciddi problem yaratmayacağı düşünülür".

Ekspertin sözlərinə görə, demək olar ki, hər imtahandan sonra eyni vəziyyət yaranır və müəyyən ajiotaj formalaşır. Halbuki buraxılış imtahanı qəbul prosesinin mühüm mərhələsidir və ona ciddi yanaşmaq lazımdır. Çünki 700 ballıq qəbul sistemində 300 bal məhz buraxılış imtahanının nəticələrinə əsasən formalaşır. Buna görə də bu imtahanı, sadəcə, attestat imtahanı kimi qiymətləndirmək düzgün deyil.

Təhsil eksperti Qoşqar Məhərrəmov deyir ki, Azərbaycanda orta məktəblərdə hazırlanan dərsliklər şagirdlərin fərdi öyrənməsinə yönəlməyib. Yəni şagirdlər, abituriyentlər sadəcə həmin dərsliklərdən istifadə edərək universitetə hazırlaşa bilmirlər. Çünki həmin dərsliklərdə sadəcə məzmun verilir. Məzmunla bağlı praktika etmək üçün sual kitabçası, yaxud praktik bilik və bacarıqların inkişafı üçün hansısa sual bankları verilmir. Həmin sual banklarını DİM hazırlayır. Əslində, DİM Elm və Təhsil Nazirliyinin verdiyi təhsili yoxlayan bir qurum olaraq özü sual bankı hazırlamamalıdır: "Düşünürəm ki, DİM şəffaf, işlərini yerli-yerində aparan bir qurum olsa belə, o, sual banklarını hazırlayan və satan tərəf olmamalıdır. DİM yalnız imtahana nəzarət edən, yoxlayan və abituriyentləri yerləşdirən bir qurum olmalıdır".

Əməkdar müəllim Sona Əliyeva hesab edir ki, təhsil sisteminin vahid məlumat bazası olmalıdır. Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında daimi Koordinasiya Şurası yaradılmalıdır. Dərslik müəllifləri ilə test tərtibçiləri bir araya gəlməli, imtahan mövzuları dərsliklərdə nümunələrlə izah olunmalıdır. Çətinlik və proqramdan kənara çıxma anlayışları fərqləndirilməlidir: "Təhsilin məqsədi şagirdləri çətinliyə salmaq deyil, onları gələcəyin rəqabətədavamlı fərdləri kimi yetişdirməkdir. Təhsilin məqsədi şagirdin həyat bacarıqlarını və analitik təfəkkürünü obyektiv ölçməkdir. İmtahan sualları tədrisin güzgüsü olmalıdır. Əgər güzgüdə görünən təsvir dərslikdən fərqlidirsə, bu, təhsilin keyfiyyət idarəetmə sistemində islahatlara ehtiyac olduğunu göstərir. Missiyamız şagirdlərin mənəviyyatını sındırmaq deyil, onları rəqabətədavamlı fərdlər kimi yetişdirməkdir. Bunun üçün dürüst və koordinasiyalı təhsil siyasəti şərtdir".

Mövzuya münasibət bildirən DİM-in Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə deyib ki, Mərkəz tərəfindən keçirilən buraxılış qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır. Bunlar hazırda ölkədə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır: "Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur. Ümumiyyətlə, imtahanın asan və ya çətin olması nisbi məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Burada əsasən hər imtahandan sonra zəif hazırlıqlı iştirakçılar yazırlar. Bu hal hər il təkrarlanır".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Mart 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri