Icma.az
close
up
RU
Burun qanaması nədən xəbər verir? Səbəbləri və müalicəsi

Burun qanaması nədən xəbər verir? Səbəbləri və müalicəsi

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir çox burun qanaxmalarının yüngül qanaxmalar olmasına baxmayaraq, təhlükəli və şiddətli qanaxmalar da ola bilər.

Saglamoluni.Az medicina.az-a istinadən bildirir ki, burun qanaxmasını tibdə ön və arxa burun qanaxmaları olaraq iki qrupa ayıra bilərik. Uşaq və yeniyetmələrdə daha çox ön burun qanaxmaları yaşlı insanlarda damar sərtliyi və ya hipertoniya olan insanlarda daha çox arxa burun qanaxmaları görülür. Burun qanaxmaları, istər uşaqda istər yeniyetmədə olsun, olduqca diqqət edilməli bir vəziyyətdir.

Ön burun qanaxmaları: Daha çox uşaq və yeniyetmələrdə görülür.Burun qanaxmasının çoxu, burunun orta hissəsində olan kapilyar bir damarınpartlamasına görə tək tərəfli olur. Bu bölgədəki damarlar olduqca incə və səthdə olduqlarından burun təmizlənməsi zamanı, uşaqlarda burun ilə oynama zamanı nasal travma və hətta kiçik toxunma ilə belə qanaya bilər.

Arxa burun qanaxmaları: Tez-tez orta və irəli yaşlarda və xüsusən hipertoniyaxəstəliyi olanlarda görülür. Burnumuzun içində arxa üst bölgələrdən qanaxma olur və şiddəti burunun ön qanaxmalarına görə çoxdur və tez-tez gəniz və burundan eyni anda qan gəlir.

Qanaxmanı necə ayırd etmək olar?

Ön burun qanaxmaları tez-tez quru iqlimlərdə və ya qış aylarında quru və isti otaq havası səbəbi ilə burun içini örtən qoruyucu təbəqənin quruması nəticəsində əmələ gələn qabıqlanma ilə olur. Bunun qarşısını almaq üçün az miqdarda yumşaldıcı bir krem və ya damlalar burun içərisi üçün istifadə edilə bilər. Adətən burunun ön hissəsinə (burun qanadlarına burun deşikləri ilə burun sümüyü arasındakı yumşaq sahə) tətbiq olunan barmaq təzyiqi ilə dayandırıla bilir.

Qanaxmanın arxadan olub olmadığı əhəmiyyətlidir. Arxa burun qanaxmaları əsasən yaşlı insanlarda, yüksək təzyiq xəstələrində və ya burun və üz yaralanmalarında olur. Ağız və boğaza doğru qanaxma davam edir. Bu bölgənin qanaxmaları daha şiddətli olur və ciddi yanaşmaq lazımdır. Bu səbəblə, mütləq həkimə müraciət edilməlidir.

Burun qanaxmasının əsas səbəbləri:

- Qaşıntıya yol verən allergiya, infeksiya və ya quruluq vəziyyətlərində burun təmizlənməsi.

- Sərt fıxırmaq yaşlı və ya gənc xəstələrdə burun damarlarının partlamasına yol aça bilər.

- Qanaxma laxtalanma pozğunluğu olan insanlar və ya Aspirin və digər dərman istifadəsi.

- Qaraciyər xəstəlikləri

- Yüksək təzyiq

- Burun əyrilikləri

- Burun qırılmaları, baş və üz yaralanmaları ciddi hallardır

- Şişlər

Ön burun qanaxmasını dayandırmaq üçün nə edilməlidir?

Burun qanaxması ilə üzləşdikdə tətbiq ediləcəkbəzi üsullar vardır:

- Qanaxması olan şəxs sakitləşdirilməyə çalışılmalıdır. Həyəcanlı və panika halında olanların təzyiqi yüksəlir və qanın şiddəti arta bilər.

- Baş yüngülcə önə doğru əyilməlidir ki qanın udularaq mədəyə getməsinin qarşısı malınmalıdır. Qanaxma miqdarı bilinmədiyinə görə mədə bulanması və qusmağa da yol aça bilər.

- Burunun yumşaq olan hissəsini tamamilə əhatə edəcək şəkildə baş barmaq və işarə barmaqlarla 5 dəqiqə qədər sıxılmalıdır.

- Dik oturulmalıdır və ya yatmaq lazımdırsa mütləq baş yüksəkdə olacaq şəkildə
yatmalıdır.

Burun qanaxmasının qarşısını almaq üçün nələr edilə bilər?

- Duzlu su tərkibli spreylərlə burun içi ehtiyatla təmizlənməlidir. -Burun qurcalamaq və fıxırmaq olmaz.

- Ağır fəaliyyətlərdən uzaq durulmalıdır və ağırlıq qaldırılmamalıdır.

- Olduğunuz yerin havası nəmləndirilməyə çalışılmalıdır. -İsti su ilə vanna edilməlidir, ilıq suya üstünlük verilməlidir.

- Aspirin və ya bənzəri dərmanlar qəbul edilməməlidir.

- İsti və quru mühitdə olmamaq, mühit temperaturu və rütubəti uyğun şəraitə gətirilməlidir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri