“Burunlarına bibər qazı sıxacağıq” “Ferentsvaroş”un futbolçusu “Qarabağ”a hədə qorxu gəldi
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ferentsvaroş”un futbolçusu Aleks Tot Çempionlar Liqasının pley-off mərhələsində evdə “Qarabağ”a qarşı keçirdikləri matç haqda danışıb.
“Football-plus.az” xəbər verir ki, 19 yaşlı orta sahə oyunçusu “köhlən atlar”ın futbolçularının oyunsonrası sevinci və səfər qarşılaşmasından gözləntiləri barədə fikirlərini bölüşüb:
“Qarabağ” çoxlu qol vəziyyəti yaratmadı. Lakin fürsətləri maksimum dəyərləndirdilər. Üç qol buraxmaq bizim axmaqlığımızdı. Ancaq daha böyük hesabla məğlub olan komandaların geridönüş etdiklərini bilirik. Şansımız var. Komandama güvənirəm. Özünə həddən artıq güvənən rəqibi səfərdə təəccübləndirəcəyik. “Qarabağ”ın futbolçuları əsas mərhələyə vəsiqə qazanmış kimi sevindilər. Bu, bizim üçün xoş olmadı. Onların burunlarına bibər qazı sıxacağıq. Bəlkə də o cür sevinməklə bizə yaxşılıq etdilər. Əminəm ki, sonda xoşbəxt olan tərəf biz olacağıq”.
KƏNAN BAHADIR


