Buryatiyada qar uçqunu nəticəsində üç nəfər ölüb
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Buryatiyanın Muy rayonundakı "İrokinda" mədənində qar uçqunu nəticəsində üç nəfər ölüb.
Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Texnoloji yolu təmizləyən doqquz nəfər qar kütləsinin altında qalıb. Üç nəfər oradan sağ çıxa bilib. Daha sonra üç nəfərin meyiti çıxarılıb. Digər şəxslərin axtarışları davam edir.
Qeyd olunur ki, axtarış-xilasetmə işlərinə 60 nəfər, eləcə də Rusiya FHN-ə məxsus "Mi-8" helikopteri cəlb olunub.
Həmçinin məlum olub ki, hadisə faktı ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 216-cı maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan tikinti və digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması) üzrə cinayət işi açılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 28 Aprel 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















