Trampın oğlu iş adamı ilə görüşdü
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Trampın oğlu Donald Tramp Jr. Monqolustana səfəri zamanı iki gününü rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyovun yanında keçirib.
Bu barədə "The Financial Times” (FT) məlumat yayıb.
Nəşr yazıb ki, Tramp Jr. avqustun sonunda "Uvs Nuur” düşərgəsinə çatmaq üçün bir neçə yüz kilometr yol qət edib. O, burada ovçuluq üzrə bələdçilərdən, sürücülərdən və aşpazlardan ibarət kiçik qrupla birlikdə məskunlaşıb.
Kremlyov oktyabrın 6-da ABŞ Prezidentinin oğlu ilə yaxşı münasibətlərinin olduğunu təsdiqləyib. O, dostluqlarının yalnız idmanın inkişafı və ailə dəyərləri üzərində qurulduğunu iddia edib.
Bundan əlavə, rusiyalı iş adamı Tram Jr.-ın toyundan sonra mərasimin təşkilinə görə ona pulunu geri qaytardığını bildirib. Kremlyov əlavə edib ki, tədbirlə bağlı vəziyyət çox şişirdilib. Söhbət bəzi konqresmenlərin Kremlyovun onun toy mərasimi xərclərinin bir hissəsini hədiyyə olaraq ödədiyi barədə məlumatlarla bağlı sənədləri Ağ Evdən tələb etməsindən gedir.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 28 Oktyabr 2026 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















