Milyarderin oğlu Laosda qətlə yetirilib
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
SFCG maliyyə korporasiyasının əsasını qoymuş yaponiyalı milyarder Kensin Osimanın oğlu Esihito Osima müəmmalı şəraitdə qətlə yetirilib.
Bu barədə "Tokyo Reporter" nəşri məlumat yayıb.
Esihito Osima Laosda fəaliyyət göstərən LALCO lizinq şirkətinin rəhbəri olub. Laoslu fəal Cozef Akaravonqun sözlərinə görə, oktyabrın 14-də saat 21 radələrində iş adamı Vyentyanda yerləşən yaşayış kompleksinin dayanacağında güllələnib. Fəal iddia olunan hücum anını əks etdirən təhlükəsizlik kamerasının görüntülərini paylaşıb.
Qeyd edək ki, Osimanın vəfatı barədə hələ oktyabrın 19-da LALCO-nun sosial şəbəkə səhifəsində məlumat verilsə də, o zaman hadisənin səbəbi açıqlanmamışdı. Sonradan isə həmin paylaşım silinib.
Laosun hüquq-mühafizə orqanları və yerli kütləvi informasiya vasitələri hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyiblər. Məqalədə qətlin ehtimal olunan səbəbləri barədə məlumat qeyd edilməyib.
///oxu.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 28 Oktyabr 2026 00:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















