Icma.az
close
up
RU
Buşehr Atom Elektrik Stansiyası birbaşa hədəfdədir RƏY

Buşehr Atom Elektrik Stansiyası birbaşa hədəfdədir RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

İran cavab olaraq Dimona Nüvə Mərkəzi vurula bilər

ABŞ-İsrail-İran qarşıdurması idarəolunmaz xarakter almağa başlayıb. İranın martın 11-də ABŞ və onun müttəfiqlərinin Hörmüz boğazında hərəkətinə qadağa qoyması, Donald Trampın sərt qərarına tuş gəldi. ABŞ lideri boğazın 48 saat ərzində açılmayacağı təqdirdə, İrana məxsus enerji obyektlərinə zərbələr endiriləcəyini bildirdi. Daha sonra ani qərar dəyişikliyi ilə Tramp, enerji obyektlərinə zərbələr endirməyi 10 gün müddətinə dayandırdığını elan etdi. Bu gün isə qələbədən bəhs edən ABŞ lideri, İrana məxsus Buşehr Atom Elektrik Stansiyasının adını çəkməklə, regionu qorxuya salıb. Bu stansiya, Yaxın Şərqin ilk nüvə enerji obyektlərindən biridir. Bir müddət əvvəl ABŞ lideri, hərbi qüvvələrinin İranın ən böyük enerji obyektlərindən birini məhv etməyə qadir olduğunu bildirmişdi. O, obyektin adını açıqlamasa da, söhbətin Buşehr Atom Elektrik Stansiyasından getdiyi açıq-aşkar ortadadır.

Stansiyanın hədəfə alınması hansı regional nəticələr doğura bilər?

Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sherg.az-a bildirib ki, Buşehr Atom Elektrik Stansiyası, İran və Rusiya üçün olduqca əhəmiyyətlidir:

“Çünki Rusiya və İran, stansiyasının tikintisi və istismarı üzrə strateji tərəfdaşdır. Hətta stansiyada çalışan rusiyalı əməkdaşlarından ibarət heyət, Ermənistan ərazisi vasitəsilə vətənlərinə gətirilib. Martın 3-də Rusiyanın nüvə şirkətinin baş direktoru Aleksey Lixaçov, “Buşehr” Nüvə Elektrik Stansiyasının birbaşa təhdid altında olduğunu vurğulayıb. Əgər ABŞ oranı bombalayarsa, İran da cavab olaraq İsrailin Dimona şəhərindəki atom stansiyasını vura bilər. Vaxtilə İran ordusu Dimonanın ətrafına bir neçə zərbə endirməklə, həmin istiqamətdə təhlükəsizlik boşluğunu sınaqdan keçirmişdi”. 

Ekspertin sözlərinə görə, radiasiya sızıntısı regionumuzda ciddi fəsadlara yol açacaq:

“Buşehr Atom Elektrik stansiyasiyasında nüvə yanacağı və radioaktiv materiallar var. Stansiyanın bombalanması nəticəsində havaya sızan radiasiya, ekoloji fəlakətə səbəb ola bilər. İran ərazisi 1 648 195 kvadrat kilometrdir. Yəni, bir atom stansiyasının bombalanması ilə ölkə tamamilə məhv ola bilməz. Lakin İranın Dimona zərbələr endirməsi, regionu zülmətə sürükləyəcək. Hər iki obyektin vurulması Yaxın Şərq regionu ilə yanaşı, Cənubi Qafqaza da mənfi təsir göstərə bilər. Ümid eliyək ki, tərəflər arasındakı münaqişə aviasiya və raket hücumları ilə yekunlaşsın”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Mart 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1019

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see509

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see411

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see318

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see316

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see290

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see253

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see223

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see215

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see211

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see186

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri