Icma.az
close
up
RU
Bütöv bir nəslin itirdik: Nə X, nə Y, nə də Z: Adları tarixə yazıldı

Bütöv bir nəslin itirdik: Nə X, nə Y, nə də Z: Adları tarixə yazıldı

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Birinci Dünya Müharibəsinin dağıdıcı təsirini ən dərindən yaşayan, aidiyyət hissini itirən və həyata yalnız həzz axtarışı ilə bağlanmağa çalışan “İtirilmiş Nəsil” (Lost Generation) təkcə tarix kitablarında deyil, ədəbiyyat və incəsənətin hər sahəsində iz buraxdı. Onların hekayəsi bu günün X, Y və Z nəsillərinə belə dərs ola biləcək mahiyyətdədir. Bəs “İtirilmiş Nəsil”in başına nələr gəldi? Onların adının tarixə bu qədər dərin həkk olunmasının səbəbi nə idi?


Sherg.az xəbər verir ki, təqvimlər Birinci Dünya Müharibəsinin illərini göstərirdi. X, Y və Z nəsillərindən əvvəl gələn “İtirilmiş Nəsil” 1880–1900-cü illər arasında doğulmuş və müharibənin acı üzünü birbaşa görmüşdü. Cəbhədə ölənlər, müharibədən sonra çökən iqtisadiyyat və qeyri-müəyyənliklərlə dolu gələcək onların həyata baxışını köklü şəkildə dəyişdirdi.

İnsanlığın gələcəyinə dair şübhələri artdı və böyüklərinin dəyərlərinə üsyan etdilər; tərbiyə yerinə kef-damaq, ideologiya yerinə isə həzzciliyi seçdilər. Müharibədən sonra bu nəsildə ən çox qalan xüsusiyyət aidiyyət çatışmazlığı idi. Ənənəvi dəyərlər və ailə anlayışı onlar üçün mənasızlaşmışdı. Demək olar ki, itirəcəkləri heç bir şey yox idi. Sabahlarının zəmanətsiz olduğunu bilirdilər və bu səbəbdən istehlaka yönəlmişdilər.


Mənəvi boşluqlarını dəbdəbəli həyat və əyləncə ilə doldururdular. Cəmiyyətlə bağları zəifləmiş, hakimiyyətə və qurumlara güvənləri azalmışdı. Beləcə, həyatlarının mühüm bir dövrü müharibə və dağıntı səbəbindən mənasızlaşmışdı. Bu xüsusiyyətlər onların “itirilmiş” adlandırılmasına gətirib çıxardı. Çətin şərtlərdə yaşadığı bilinən Y nəsli ilə müqayisədə belə, “İtirilmiş Nəsil”in yaşadıqları daha ağır idi.


İtirilmiş nəsilin daxili mübarizələri və məyusluqları ədəbiyyata da əks olunmuşdu. Müharibədən sonra amerikalı yazıçılar özlərini məqsədsiz və itmiş hiss etdilər. Çoxu 1920-ci illərdə vətənlərindəki ənənələrdən qaçmaq üçün Parisə üz tutdu. Bu mühacirlər dövrün ruhunu yaxalamağı bacardılar.

Xüsusilə Ernest Heminqueyin əsərləri bu nəslin daha da görünür olmasını təmin etdi. Onun “Günəş də doğar” romanında Parisdən İspaniyaya gedən bir qrup gəncin müharibədən sonrakı məqsədsiz və dağınıq həyatları təsvir olunurdu. F. Skott Fitsceraldın “Möhtəşəm Qetsbi”si və Erix Mariya Remarkın “Qərb Cəbhəsində Yeni Bir Şey Yox” əsəri isə müharibənin gənclər üzərində yaratdığı dağıdıcı təsirləri və onların travmalarını oxuculara çatdırırdı.

İtirilmiş nəsil böyüyərkən milyonlarla miqrant daha yaxşı həyat axtarışı ilə ABŞ-a üz tutdu. İş rəqabəti və artan sosial təbəqələşmə ilə birlikdə, bu nəslin üzvləri müstəqil və özünə yetən fərdlərə çevrildilər, böyüklərinin rəhbərliyinə ehtiyac duymadılar.

İtirilmiş Nəsil yalnız bir tarixi dövr deyil, onların daşıdığı xüsusiyyətlər həm də müasir nəsillər üçün bir xəbərdarlıqdır. X, Y və Z nəsilləri texnologiya və qloballaşma ilə fərqli çətinliklərlə qarşılaşsalar da, İtirilmiş Nəsil təcrübələrinin ictimai şüur baxımından böyük bir dərs ola biləcəyi düşünülür.

Onların içindəki boşluq, yadlaşma və məyusluq aydın bir simvol idi. Bu hekayələr ədəbiyyat və tarixin iç-içə keçdiyi nümunələrlə günümüzə qədər gəlib çatdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Sentyabr 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri