Icma.az
close
up
RU
Təhsil eksperti: “Yeni nəslin böyük bir hissəsi nə roman oxuyur, nə hekayə, nə də...”

Təhsil eksperti: “Yeni nəslin böyük bir hissəsi nə roman oxuyur, nə hekayə, nə də...”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanda təhsilin ən ağrılı nəticələrindən biri şagirdlərin bədii ədəbiyyatdan uzaqlaşması, test kitablarının və sınaq vərəqlərinin arasında sıxılıb qalmasıdır. Bu gün məktəblərdə yetişən yeni nəslin böyük bir hissəsi nə roman oxuyur, nə hekayə, nə də esse yazmağı bacarır”.

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov deyib. 

Ekspert bildirib ki, onlar artıq təfəkkür etməyi yox, cavabı əzbərləməyi öyrəniblər (Guya yaddaş məktəbindən təfəkkür məktəbinə keçmişik):

“Ədəbi dil yoxa çıxıb, fikirlər qısalıb, dünyagörüş isə test variantlarının arasına sığışdırılıb. Əgər bir şagird “1984” əsərini tanımırsa, “Əli və Nino”nu oxumayıbsa, “Əyyub peyğəmbər”in fəlsəfəsini anlamırsa, o hansı cəmiyyətin vətəndaşı olacaq?

Hər il minlərlə gənc 600+ bal toplayır amma bir roman haqqında bir cümləlik fikir bildirə bilmir. Əvəzində test kitablarının nəşr tarixinə qədər əzbərləyirlər. Bu nə inkişafdır, nə də maarifçilik. Bu beyinlərə edilən intellektual zülmdür.

Bədii ədəbiyyat insanın düşünmə qabiliyyətini, empatiyasını, daxili aləmini formalaşdırır. Ancaq biz məktəblərdə uşaqları yalnız “doğru cavab” tapmağa, səhv variantlardan qorxmağa, düşünmədən boyun əyməyə öyrədirik. Sonra da soruşuruq, niyə oxuyan gənc azdır, niyə yaradıcılıq yoxdur, niyə sosial məsuliyyət zəifdir?

Çünki biz uşağa “fikirləşmə, əzbərlə” deyirik. “Oxuma, cavabı bil” deyirik. “Sual verə-verə imtahandan çıxarsan” deyirik. Nəticədə isə öz kitabını yazmayan, yalnız başqasının sualını əzbərləyən bir nəsil formalaşır. Bu nəsil gələcəyimizi yazacaq…

Bu gedişlə biz cəmiyyət olaraq kitab oxumayan, amma testdə yüksək bal toplayan, lakin həyat suallarında aciz qalan “savadsız savadlılar”la dolacağıq. Bu təhsilin yox, sistemli düşüncənin böhranıdır. Bu da bizim gələcək üçün ən böyük itkiyə çevriləcək”.

Nigar
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 May 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see126

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see124

Vəhşi quşlar təbiətə buraxıldı Altıağacdan maraqlı görüntülər

24 İyun 2025 15:56see122

NATO sammiti ərəfəsində hakerlər Niderland hökumətinin saytlarına hücum ediblər

24 İyun 2025 01:00see121

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see121

Tezliklə varlanacaq BÜRCLƏR: Pul çay kimi axacaq

25 İyun 2025 00:06see120

KDÇ: İnter Mayami Palmeyras la heç heçə edib

24 İyun 2025 07:24see120

Qışqırmaqla problem həll edilmir Nazir

24 İyun 2025 15:50see119

ADPU da “Code for Future” layihəsinin cari il üzrə yekun tədbiri keçirilib

24 İyun 2025 16:43see118

Kallas: Aİ xarici işlər nazirləri Yaxın Şərqdə uzun sürən müharibənin qarşısını almağa çağırır

23 İyun 2025 20:31see117

Ruttedən Türkiyə ilə bağlı şok: NATO ölkələri mane olur...

24 İyun 2025 22:18see116

Azərbaycanda unun topdansatış qiymətləri AÇIQLANDI

24 İyun 2025 05:32see114

İclasda müdir qışqırdı işçi xəstəxanalıq oldu

24 İyun 2025 15:48see113

ABŞ nin müharibə planı: Tramp üçün 3 gizli bunker

24 İyun 2025 11:05see110

Kallas: Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq

24 İyun 2025 20:59see110

Azərbaycan nefti 80 dollara düşdü

24 İyun 2025 09:43see110

İranın XİN rəhbəri mümkün razılığın şərtlərini açıqlayıb

24 İyun 2025 05:07see109

Bəhreyn və Küveytdə həyəcan siqnalları verilir

23 İyun 2025 21:38see109

Güclü bir evlilik üçün cütlərin cavab verməli olduğu üç sual...

25 İyun 2025 00:46see109

Məhəbbətim qibləm, andım

24 İyun 2025 21:01see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri