Icma.az
close
up
RU
Bütün Amerika bu toydan danışır: “Belə mənzərəni ancaq hind filmlərində görmüşdük...” FOTO

Bütün Amerika bu toydan danışır: “Belə mənzərəni ancaq hind filmlərində görmüşdük...” FOTO

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Nyu-Yorkda 5 gün-5 gecə davam edən təmtəraqlı toy bütün amerikalıları məəttəl qoyub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Hindistan əsilli amerikalı cütlük toylarını ultra dəbdəbəli şəkildə qeyd ediblər.
 

Toy şənliyinin keçirildiyi yerə qədər parad təşkil olunub və bunun üçün dünyanın ən məşhur və ən bahalı küçəsi olan Manhetten qapadılıb. Məşhur Beşinci prospekt (5th Avenue) ancaq toyun qonaqları üçün açıq olub.


Yalnız Bollivud hitlərinin ifa olunduğu parad və toy amerikalıları qəzəbləndirib. Hətta sosial mediada qəzəbli şərhçilər onların deportasiya olumasını tələb ediblər. Möhtəşəm toydan əvvəl az adam 30 yaşlı Aviş Ceyn və 33 yaşlı Pankti Doşi haqqında eşitmişdi. Yeni evlənənlərin hər ikisi həkimdir. Bəy endokrinoloq, gəlin ginekoloqdur.
Medianın məlumatına görə, toyun təşkil olunduğu "Somewhere Nowhere NYC" adlı hotelin günlük arendası 30.000 dollardır. Toy dekorasiyası, musiqiçilər, müğənnilər, yemək və içkilərl daxil milyon dollara yaxın vəsaitdir. Bu, bir günə hesablanmış qiymətdir. Gəlin və bəyin hər toy gününə geyimi, saç-makiyaj, parad, küçənin arendası isə hələ hesaba gəlmir.
Belə təxmin edilir ki, təkcə Beşinci prospektin saatlıq bağladılması yüz min dollardan artıqdır.
 

Hindlilərin Haldi dediyi xınayaxdı mərasimi də ayrı bir dəbdəbə ilə keçirilib. Şərqin ən məşhur tatu-xına ustaları gəlinin və xanım qonaqların xınasını çəkib. Bəyin gəlini aparmağa gəldiyi 4-cü gün isə xüsusi təntənə və küçə rəqsləri, səs-küylü musiqi ilə keçib.


Bəziləri etiraf ediblər ki, indiyə kimi belə mənzərəni filmlərdə görüblər. Hind filmlərini sevməyənlər isə polis çağırıblar.



Şəfiqə Şəfa, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 May 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

El Klassiko 2026: Real Madrid — Barcelona oyununu Azərbaycanda necə izləmək olar?

09 May 2026 16:25see752

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır

10 May 2026 01:01see198

Nasistlərin deportasiya məkanında Fələstin düşərgəsi quruldu

10 May 2026 02:32see185

Görüşmək istəyən Moskvaya gəlsin Putindən Zelenskiyə

10 May 2026 01:17see175

İmtahan səhəri bu qidaları yeyin Yüksək nəticə üçün...

09 May 2026 23:13see173

Co Koul: “Çelsi”nin xilası Mourinyonun əlindədir”

09 May 2026 16:36see171

Yeni veliosped və skuter zolaqları birləşdirilir VİDEO

10 May 2026 04:54see168

Bundesliqa: Bayern ə 1 qol bəs etdi

10 May 2026 01:44see164

Müğənnilərin TOY QİYMƏTLƏRİ 3500 20000 AZN SİYAHI

10 May 2026 07:02see164

Prezident şirkət direktoruna yüksək vəzifə verdi

11 May 2026 04:53see163

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər Video

10 May 2026 23:58see162

Autsayderlərin matçında 5 qol

10 May 2026 00:08see162

Tramp: İran 20 ilə bərpa edəcək

11 May 2026 02:13see160

Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:06see157

Suraxanıda yeniyetmə xilas edildi FHN məlumat yayıb

11 May 2026 02:20see155

Laboratoriyada insan böyrəyi yaradıldı 60 saat fasiləsiz işləyir

10 May 2026 03:54see154

Hantavirus yeni COVID 19 dur? ÜST direktoru AÇIQLADI

09 May 2026 16:44see153

Putin İrəvana referendumla boşanmağı təklif etdi

09 May 2026 23:19see152

Bloomberg: Qlobal neft ehtiyatları 270 milyon barel azalıb

09 May 2026 22:55see151

Qərib Azər yenidən efirə qayıdır VİDEO

11 May 2026 04:15see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri