Paşinyan Kremlin Zelenskinin İrəvandakı çıxışına reaksiyasını şərh edib
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Ev sahibi olan ölkənin rəhbəri kimi düşünürəm ki, hər çıxışa reaksiya vermək və ya senzura tətbiq etməklə məşğul olmamalıyam.
APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitində Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə bağlı səsləndirdiyi bəyanatlara münasibət bildirərkən deyib.
Paşinyan bildirib ki, bu cür beynəlxalq platformalarda müxtəlif fikirlərin səsləndirilməsi normaldır: “Bu, çoxtərəfli platformadır və insanlar burada öz fikirlərini ifadə etməlidirlər”.
O xatırladıb ki, əvvəllər də belə hallar olub və Ermənistan buna görə reaksiya tələb etməyib.
“Mənim iştirak etdiyim vaxtlarda Rusiya Prezidenti Vladimir Putin də müxtəlif ölkələrə qarşı bəyanatlar verirdi, amma xatırlamıram ki, Rusiya mənim reaksiyamı gözləsin”, - Paşinyan əlavə edib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Zelenskinin İrəvanda çıxışına etiraz edərək onun Rusiyaya qarşı “qəbuledilməz bəyanatlar” səsləndirdiyini bildirib və İrəvanın bu çıxışa kifayət qədər mənfi qiymət vermədiyini və bunun tərəfdaşlıq münasibətlərinə uyğun olmadığını bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 11 May 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















