Icma.az
close
up
RU
Azərbaycanda hantavirusa yoluxma varmı? Video

Azərbaycanda hantavirusa yoluxma varmı? Video

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlərdə hantavirusla bağlı xəbərlər dünyada diqqət çəkir. Xüsusilə xəstəliyin ağır gedişi və ölüm riski barədə xəbərlər narahatlıq yaradıb. Argentinadan Kabo-Verdeyə gedən 150-dən çox sərnişinin və 61 ekipaj üzvünün olduğu Niderlanda məxsus "MV Hondius" kruiz laynerində hantavirusla bağlı yoluxma halları qeydə alınıb. İndiyədək azı səkkiz yoluxma və üç ölüm faktı təsdiqlənib.

Bəs Azərbaycanda risk varmı?

Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, hazırda bu virusun yayılma və ikinci COVID-19-a çevrilmə ehtimalı dünya mediasında müzakirə edilən əsas mövzulardan birinə çevrilib.

İnfeksionistlərin sözlərinə görə, hantavirus insanlar və heyvanlar üçün təhlükə yaradan patogendir. Əsasən, gəmiricilərdən yoluxur:

"Hantavirusa yoluxmuş gəmiricilərin ifrazatları nəticəsində ətrafa yayılır. Xüsusilə təmasdan bir və səkkiz həftə ərzində ilkin kliniki əlamətlər müşahidə edilə bilər. İlkin kliniki əlamətlər isə qripəbənzər əlamətlərlə özünü göstərir.

Yüksək hərarət, halsızlıq, əzginlik, əzələ ağrıları, başağrıları kimi əlamətlər özünü göstərir. Xəstəlik, əsasən, bədən temperaturunun yüksəlməsi, güclü başağrıları, iştahasızlıq, ürəkbulanma, qusma, sümük-əzələ ağrıları ilə müşahidə olunur.

Əsasən, iki forması var: hemorragik sindromlu böyrək forması və pulmonar sindrom dediyimiz ağciyər forması.

Bu iki formadan biri inkişaf edir və təəssüf ki, letallığı yüksəkdir.

Bu xəstəlik koronavirusda olduğu kimi pandemiya törətmək potensialına malik deyil. Çünki bu xəstəlik koronavirusda olduğu kimi hava-damcı yolu ilə insandan-insana yoluxmur".

Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb.

"Bu virus ölkəmiz üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir. Hantavirus, əsasən, siçan və digər gəmiricilər vasitəsilə yoluxa bilər. Bu səbəbdən risk daha çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur. Profilaktik məqsədlə gigiyena qaydalarına əməl etmək, gəmiricilərə qarşı mübarizə aparmaq və köhnə məkanlarda təmizlik zamanı qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur".

Nazirlikdən qeyd olunub ki, hazırda vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 May 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri