Icma.az
close
up
RU
Bütün bunlar real sektorda investisiyaların artımına xidmət etməlidir İqtisadçı

Bütün bunlar real sektorda investisiyaların artımına xidmət etməlidir İqtisadçı

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur. Bu model kreditləşmə ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edir. Belə ki, banklar kredit portfelinin 10 faizindən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit təklif edə biləcək. Eyni zamanda, davranış modeli əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10 faizinə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq.
Bununla bağlı iqtisadçı ekspert Elşad Məmmədov Demokrat.az-a açıqlama verib.
O bildirib ki, ölkədə pul kredit siyasətinin şaxələndirilməsi və yumşaldılmasına böyük ehtiyac var:

“Bu gün iqtisadiyyatın prioritet istiqamətləri üçün məqsədli, yumşaldılmış, əlçatan kredit resursları bazara, real istehsal sektoruna təklif olunmalıdır. Bunun üçün emissiya həyata keçirilməlidir.  Eyni zamanda banklar iqtisadiyyatdakı rentabilik göstəricilərinə və iqtisadiyyat üçün prioritet olan istiqamətlərə əsaslanaraq ilk növbədə kredit siyasətini həyata keçirməlidir.  Bunun üçün bankların müvafiq qaydada Mərkəzi Bankdan aldığı vəsait kanalları tətbiq edilməlidir. Xüsusilə rəqəmsallaşma şəraitində bunu etmək, məncə, çox rahatdır. Bütün bunlar real sektorda investisiyaların artımına xidmət etməlidir. İlk növbədə iqtisadiyyatın prioritet istiqamətlərinə müvafiq əlçatan şərtlərlə kredit axınlarının və onların investisiyalara çevrilməsinin təminatı reallaşdırılmalıdır. 
Kreditlər təyinatı üzrə istifadə olunursa, həmin sahibkarlar müvafiq qaydada sonrakı dövrlərdə də davamlı şəkildə kredit resursları ilə əlçatan şərtlər çərçivəsində təmin olunmalıdırlar. Bu davranış modeli tətbiq olunsun, amma davranış modeli ilə paralel həmin vəsaitlərin iqtisadiyyat üçün nə dərəcədə prioritet olması nəzər alınsın. Ona uyğun da faiz dərəcələri dəyişsin. Çünki kənd təsərrüfatı ilə maliyyə sektorunu eyni faizlərlə kreditləşdirmək və yaxud istehlak krediti ilə istehsala yönəlik kreditləri eyni faizlərlə maliyyələşdirmək heç bir məntiqə sığmır. Bunun iqtisadi inkişafa müsbət təsirlərini gözləmək, zənnimcə, qeyri-mümkündür”. 
Leyla
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Yanvar 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri