Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Bütün əhalinin psixi müayinədən keçirilməsi vacibdir SOSİOLOQ

Bütün əhalinin psixi müayinədən keçirilməsi vacibdir SOSİOLOQ

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

"Əks halda, bu kimi və daha ağır cinayətlərin sayı sürətlə artacaq, vəziyyətin idarə olunması mümkünsüz hala gələcək"

Salyan rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Hadisə rayonun Aşağı Kürkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Həsən Əsədov qızı ilə bir sinifdə oxuyan, 9-cu sinif şagirdi S.D-yə təcavüz edib.

Qeyd olunub ki, S.D-nin valideynləri rəsmi ayrılıb və həmin vaxt S.D ata nənəsinin yanında qalıb. Həmin ərəfədə Həsən S.D-nın anası Aysellə tanış olur. Aysel ona boşandığını, amma qızını himayəsinə götürə bilmədiyini deyir. Həsən isə ona söz verir ki, bu barədə ona kömək edəcək. Bu üsulla Həsən Aysellə sevgili olur.

Daha sonra Həsən Ayselin 15 yaşlı qızı ilə münasibət qurmaq qərarına gəlir və o, öz qızından onu sinif yoldaşı S.D ilə tanış etməsini xahiş edir. Qızı da onunla razılaşır, sinif yoldaşı S.D-yə zəng edir. O, S.D-yə bildirir ki, guya Vüsal adlı sevgilisi var və onun dostu Əli adlı şəxs onunla tanış olmaq istəyir. Qız atasının nömrəsini Əli adı ilə S.D-yə verir və ona zəng vuracağını bildirir.

Növbəti gün Həsən S.D-yə zəng vuraraq gözünü Əli kimi təqdim edir və ondan xoşu gəldiyini deyir. S.D onunla danışmaq istəmədiyini desə də, Həsən 15 yaşlı qızı yalan vədlərlə razı salır və onunla danışmağa başlayır. Bir müddət sonra Həsən qızı şantaj edərək onunla görüşməyi tələb edir. Çarəsiz qalan S.D Həsənlə razılaşır. O, qızının sinif yoldaşı ilə zorla cinsi əlaqədə olur.

Bu cür münasibət bir müddət davam etdikdən sonra S.D-nin atası bir gün qızından şübhələnərək onun mobil telefonunu əlindən alır və baxır. O, telefona qız adı ilə yazılan Həsənin nömrəsinin kimə məxsus olduğunu soruşanda, S.D həmin şəxsin qız dostu olduğunu deyir. Atası ona telefon işlətməyi qadağan edir və S.D telefonsuz qalır.

Hadisədən xəbərsiz olan Həsən S.D-yə mesaj yazır və bu mesajı S.D-nin atası oxuyur. Həmin gün S.D-nin atası özünü asaraq öldürür.

Bundan sonra Aysel S.D-ni özü ilə Bakıya gətirir. Amma Həsən yenə də ondan əl çəkmir. Həsən Aysel və onun qızı S.D-ni narahat etməyə başlayır və S.D-nin qeyri-etik şəkil və videolarını sosial şəbəkədə paylaşır. Hadisə ilə bağlı Aysel polisə müraciət edəndə Həsən həmin video və şəkilləri silir, özü isə istintaqdan qaçıb gizlənir.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi operativ əməliyyat-istintaq tədbirləri ilə Həsənin yeri müəyyən edilir və o saxlanılaraq istintaqa təhvil verilir.

Araşdırmalarla məlum olur ki, Həsən S.D-yə təcavüz edib, şəkilləri ilə şantaj edərək onunla dəfələrlə cinsi əlaqədə olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Əsədov 18 il müddətinə azadlıqdan məhrum edilib.


Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı “Sherg.az”a  açıqlamasında bildirib ki, son dövrlərdə bu kimi hadisələrin sayı sürətlə artmaqdadır:


“Bunun fundamental səbəbləri mövcuddur. Birinci əsas səbəb mənəvi deqradasiyadır. Azərbaycan cəmiyyəti hərtərəfli şəkildə mənəvi deqradasiyaya məruz qalmış, mənəvi dəyərlər və milli dəyərlər kənara atılıb. Müasirlik və azadlıq adı altında anarxiya və xaotik bir vəziyyət formalaşıb. Cəzasızlıq mühiti, yüngül cəza tədbirləri və adekvat reaksiyanın olmaması bu prosesin güclənməsinə şərait yaradır. Bəzi hallarda nə ictimai qınaq, nə də ağır cəza tədbirləri tətbiq olunur. Bu səbəbdən belə halların sayı sürətlə artır. Eyni zamanda, bu kimi hadisələr adətən psixi problemləri olan şəxslər tərəfindən törədilir. Rəsmi statistikaya əsasən, son beş ildə Azərbaycanda psixi xəstəlikləri olan insanların sayı iki dəfə artmışdır ki, bu da hədsiz dərəcədə, astronomik səviyyədə bir artımdır. Qeyd edilən rəqəmlər yalnız rəsmi qeydiyyatda olan xəstələrə aiddir. Qeyri-rəsmi olaraq, psixi problemləri olan insanların sayı ən azı on dəfə çoxdur. Hazırkı statistik göstəricilərə əsasən, qeydiyyatda olan psixi xəstələrin sayı təxminən 14 000 nəfərdir. Belə bir mənəvi deqradasiya və sosial xaos şəraitində, dəyərlərə qarşı etinasızlıq və əxlaqi geriləmə müşahidə olunur. Cəza tədbirləri həddən artıq yüngüldür, cəmiyyətin özünün müqavimət səviyyəsi isə olduqca aşağıdır. Uşaqlara nəzarət minimal səviyyədədir, psixi problemləri olan və narkotik maddələrdən asılı şəxslərin sayı sürətlə artır. 


Bu şəraitdə belə hadisələrin baş verməsi təbii haldır və təəssüf ki, onların sayı gələcəkdə də artacaq. Problemin həlli üçün köklü tədbirlərin həyata keçirilməsi zəruridir. Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı aparılan mənfi təbliğat dayandırılmalı, “müasir azadlıq” adı altında yayılan destruktiv təsirlər aradan qaldırılmalı, cəza tədbirləri ağırlaşdırılmalıdır. Bütün əhalinin psixi müayinədən keçirilməsi və psixi pozuntuları aşkar olunan şəxslərin qapalı dispanserlərə yerləşdirilməsi vacibdir. Əks halda, bu kimi və daha ağır cinayətlərin sayı sürətlə artacaq, vəziyyətin idarə olunması mümkünsüz hala gələcək. Hazırkı vəziyyət qanunsuzluq, xaos və mənəviyyatsızlıq şəraiti kimi xarakterizə olunur. Dövlət müdaxilə etməsə və ciddi tədbirlər görməsə belə hadisələrin intensivliyi elə bir səviyyəyə çatacaq ki, onların qeydiyyata alınması belə mümkün olmayacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Avqust 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri