Icma.az
close
up
RU
Bütün fəsillərdə turizmin ünvanı: Qafqazın incisi Şəki

Bütün fəsillərdə turizmin ünvanı: Qafqazın incisi Şəki

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan, təkcə Qafqazın deyil, dünyanın irs siyahısının incilərindən sayılan qədim Şəki bu gün ölkəmizin önəmli turizm mərkəzi kimi tanınır. Azərbaycanın bütün bölgələri turizm cəhətdən cəlbedicidir, lakin Şəkini onlardan fərqləndirən yeganə cəhət ilin bütün fəsillərində turistlər üçün maraqlı və cəlbedici olmasıdır. Bu da müəyyən amillərlə şərtlənir.

Şəki yalnız füsunkar təbiəti ilə deyil, həm də keçmişi qoruyaraq dünən, bu gün və sabahı özündə birləşdirən mədəniyyət, sənətkarlıq və elm ocağı kimi tanınır. Tarixi ənənələrini qoruyub saxlayan və gələcək nəsillərə çatdıran Şəki bu səbəbdən dünyanın 62 sənətkar şəhəri sırasında yer alır.

Digər tərəfdən çoxsaylı tarixi abidələri, şəhər koloriti və mədəni mühit Şəkini turistlər üçün ilin bütün fəsillərində cəlbedici edir. Burada hər mövsümdə mənalı istirahət üçün imkanlar mövcuddur.

Tarixi-mədəni abidələr, Kiş kəndindəki qədim Alban məbədi, orta əsrlərə aid karvansaralar, Şəki xanlarının sarayı, ustaların sənət əsərləri sərgilənən “Sənət Evi”, qədim hamamlar turistlərin ən çox üz tutduğu məkanlardandır.

Turizm potensialı: Reallıqlar və mövcud durum
Dekabrın 2–3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə media nümayəndələrinin səfəri də məhz şəhərin daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, bölgədə turistlər üçün yaradılan şəraiti və həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək məqsədi daşıyırdı.

Şəki bu gün Azərbaycanın ən cəlbedici turistik bölgələrindən biri hesab olunur. Turizm sənayesi şəhərin sosial-iqtisadi həyatının inkişafında lokomotiv rolunu oynayır. İldən-ilə rayon ərazisində turizm obyektlərinin açılması həm turizmin, həm də Şəkinin mədəni və sosial-iqtisadi inkişafına töhfə verir. Burada turizmin inkişafını şərtləndirən mühüm amillərdən biri də Şəkinin qədim turizm tarixinə sahib olmasıdır. Bu ənənə bu gün daha böyük turizm sənayesinin formalaşmasına imkan yaradır.

Turizmdə kreativlik və uğurlar
Kreativ ideyalı sahibkarlar turizm sənayesinin köhnə, mövcud və yeni trendlərini əsas götürərək turizmin yeni istiqamətlərini formalaşdırırlar. Turizmdə çeşidliliyin, alternativlərin çox olması turist axınını artıran əsas amillərdəndir.

Qafqazın ilk aqro-ekoturizm ünvanı – “BioGarden”
Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əsas strateji hədəf və prioritetlər sırasında regional turizm növlərinin inkişaf etdirilməsi, xüsusən də kənd yaşıl turizminin, ekoturizmin, aqrar turizmin, mədəni turizmin və turizmin digər növlərinin inkişafı, yeni turizm rekreasiya zonalarının yaradılması və onların fəaliyyətinin turizm klasterlərin uyğunlaşdırılması yer alıb. Biz bunun Şəkidə real şahidi olduq.

Mediatur zamanı jurnalistlər Şəkinin Öyrət kəndində yerləşən və 8 hektar sahəni əhatə edən “BioGarden” eko-aqro turizm təsərrüfatı ilə tanış olublar. Bildirilib ki, bağda dörd mindən çox meyvə ağacı, həmçinin arıçılıq və balıqçılıq təsərrüfatı mövcuddur.
“BioGarden” 2010-cu ildən aqro-turizm fəaliyyət göstərir. Məqsəd ekoloji təmiz məhsulların istehsalı, milli mətbəxin təqdimatı, aqroturizm imkanlarının inkişafı və bölgədə aqrobio-müxtəlifliyin qorunmasıdır.

Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov bildirib ki, “BioGarden” artıq turistlərin ən populyar məkanlarından birinə çevrilir.
Çünki buraya gələn turist cəmi 5 manat ödəyərək bağa daxil olur, istədiyi qədər meyvə yeyə bilir, topladıqlarını isə simvolik qiymətlərlə özü ilə apara bilir.
Bu məkan şəhərdən uzaq, sakitlik axtaranlar üçün “nəfəs alma yeri”, kənd həyatını hiss etmək istəyənlər üçün təbii laboratoriya, fotosevərlər üçün isə ideal məkanıdır.

Dünyanın sənətkarlıq şəhəri – Şəki
Şəkidə bir vaxtlar 100-dən çox sənət növü mövcud olub. Hazırda onların sayı xeyli azalıb. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Bəzi sənət növləri dövrün tələblərinə uyğun gəlmədiyi üçün tədricən sıradan çıxıb.

Mediatur zamanı jurnalistlər sənətkarlar məhəlləsi ilə tanış olublar. Mediatur iştirakçıları “Əliəhməd şirniyyat evi”ndə Şəki halvasının hazırlanması, master-klas; Dulusçu Əhəd Məmmədovdan dulusçuluq üzrə master-klass; “Süsən” istehsalat müəssisəsində kəlağayı hazırlanması prosesi, muzey və satış mərkəzi ilə tanış olublar. 
Sahibkar Sevinc Bayramova təbii rəng alınmasında yaranan problemləri qeyd edib. Xüsusilə Sarağan ağacının azalması təbii boya üçün çətinlik yaradır.

Turistlər kəlağayı hazırlamaq istəyirlərsə 20 manat ödəyərək master-klassda iştirak edə və muzeyi pulsuz gəzə bilərlər. Muzeyə yalnız baxış isə 10 manat təşkil edir. Burada satış mərkəzi də fəaliyyət göstərir. Istəyən öz zövqünə uyğun kəlayağı ala bilər.
Şəki ipəkçiliyi – “Azəripək” ASC
Jurnalistlər Şəkinin qədim ipəkçilik ənənəsi ilə tanış olmaq üçün “Azəripək” ASC-də də olublar. Burada xam ipəkdən başlayaraq müxtəlif ipək məmulatları- kəlağayı, şərf, çitmə və s. istehsal olunur və xaricə ixrac edilir.

Şəkinin simvolu – Şəki Xan Sarayı
“Yuxarı Baş” qoruğunda aparılan bərpa və yenidənqurma işləri barədə geniş məlumat verilib. 2025-ci ilin ilk 9 ayında qoruğu 185 917 nəfər ziyarət edib. Onlardan 71 016 nəfəri yerli, 69 675 nəfəri xarici,45 min nəfərdən çoxu isə ödənişsiz ziyarətçilərdir.
Azərbaycan məktəbliləri və xarici vətəndaşların 12 yaşadək övladları üçün giriş pulsuzdur.

Şəkinin turizm imkanları və mövcud vəziyyət
Şahin Məlikov bildirib ki, cari ildə Şəkidə gecələmələrin sayı 21 min, hotellərdə gecələyənlərin sayı isə 17 mindən çox olub. Lakin icma turizmi geniş yayıldığı üçün real rəqəm daha yüksəkdir.
Hazırda Şəkidə 42 yerləşmə müəssisəsi fəaliyyət göstərir. Onlardan 1 beş ulduzlu hotel, 6 üç ulduzlu hotel,1 iki ulduzlu hotel, digər müəssisələr ulduz kateqoriyasına uyğun olmadığı üçün təsnif olunmayıb.

Qiymət problemi və alternativlər
Qiymətlər bazar iqtisadiyyatı əsasında formalaşdığı üçün Dövlət Turizm Agentliyinin qiymətlərə müdaxilə mexanizmi yoxdur. Buna görə də bir çox turist Şəkidə "ev turizmi" və "ailə turizmi"ni seçir. Bu həm turist üçün daha ucuzdur, həm də yerli əhalinin qazanc əldə etməsinə imkan yaradır.

Dövlət turizm sektorunun inkişafı və xarici turistlərin ölkəyə cəlb olunması üçün strategiyasını uğurla icra edir. Ağentlik xarici turistlərin ölkəyə cəlb olunması ilə paralel olaraq  xarici turistlərə  yüksək səviyyədə xidmət göstəmək üçün kadr hazırlığı prosesində  ciddi fəaliyy göstərir. DTA  tərəfindən bu məqsədlə dil bilən gidlərin hazırlanması, müxtəlif mətbəxlər üzrə kadr hazırlığı və digər istiqamətlərdə işlər aparılır.

Mürtəza
Bakı–Şəki–Bakı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri