Icma.az
close
up
RU
Bütün hədəflərə ardıcıllıqla nail oluruq

Bütün hədəflərə ardıcıllıqla nail oluruq

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Hər bir ölkənin inkişafında iqtisadi faktor əsasdır. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin vəhdətliyi fonunda qazandığı uğurların miqyası olduqca genişdir. Dövlətimizin başçısı İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın dayanıqlı inkişafını şərtləndirən amillərdən, uğurlarımızın təqdimatı olan sosial-iqtisadi göstəricilərdən, xarici siyasət uğurlarımızdan, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən geniş bəhs etdi. Vurğuladı ki, biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da D-8-dir. Yeganə yeni üzv Azərbaycan olmuşdur. Nəzərə alsaq ki, bu təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir, Azərbaycanı dəvət etmək və bizi seçmək, əgər belə demək mümkündürsə, əlbəttə ki, böyük uğur sayıla bilər: “Təkcə onu demək kifayətdir ki, bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilməz. Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq. Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır - media, iqlim, ekologiya, energetika, nəqliyyat və biz də təbii ki, bu təşkilatda fəal üzv kimi iştirak edəcəyik”.Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmlənməsində özünün aydın ifadəsini tapır. Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi daha aydın şəkildə özünü göstərir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, paytaxt Bakımız ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimiz də beynəlxalq tədbirlərə daha yüksək səviyyədə ev sahibliyi edir. Bu sırada ötən il Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünü qeyd edə bilərik. Cənab İlham Əliyev müsahibəsində vurğuladı ki, əsas tədbir orada - Xankəndidə keçirilmişdir, amma işğaldan azad edilmiş digər şəhərlərdə - Şuşada, Laçında, Ağdamda bizim təşəbbüsümüzlə üç forum keçirilmişdir: Biznes Forum, Gənclər Forumu, Qadınlar Forumu: “Yəni biz istəyirdik ki, gələn qonaqlar azad edilmiş torpaqların bütün olmasa da, böyük hissəsini görsünlər və biz buna hazır idik. Doqquz dövlət və hökumət başçısını biz Xankəndidə, Ağdamda, Şuşada qəbul etməyə hazır idik. Mövcud olan infrastruktur, konfrans zalları, hotellər və digər lazım olan amillər bu imkanı bizə yaratmışdır”.Prezident İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyas alan bərpa-quruculuq işlərindən, Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın dogma yurd-yuvalarına qayıtmasından geniş bəhs etməsin. Dövlətimizin başçısının bu müsahibəsində də bərpa-quruculuq işlərinə xüsusi diqqət göstərildi. Bildirildi ki, nəhəng investisiya layihələrini və Qarabağın yenidən qurulmasını nəzərə alsaq, bu, həqiqətən iqtisadiyyatımızın güclü dayanıqlılığını nümayiş etdirir. “Qarabağ və Şərqi Zəngəzur da böyük tikinti meydançasıdır” söyləyən cənab İlham Əliyev bildirdi ki, infrastruktur layihələri icra edildikcə təbii ki, evlərin tikintisinə daha böyük vəsait veriləcək. Amma hər şey ardıcıllıqla, Baş plan əsasında edilir. Biz həm tələsirik, həm də tələsməməliyik: “Çünki bəzi hallarda tələskənliyə yol verərkən keyfiyyət uduzur. Yaxud da ki, hansısa işi keyfiyyətsiz edənlər deyirlər ki, bəs tələsmişəm, mən bunu filan tarixdə təhvil verməli idim. Mən hamıya dedim, bax, ictimaiyyətə də deyə bilərəm ki, heç vaxt heç bir tarix qoymamışam. Bu il üçün də heç bir tarix qoymamışam. Nə vaxt hazır olacaq, o vaxt hazır olacaq. Amma hər şey gərək keyfiyyətli olsun və təbii ki, ictimai nəzarət də olmalıdır”.Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın beynəlxalq arenada əldə etdiyi nailiyyətlərə diqqət çəkdi. ABŞ-la münasibətlərin normallaşması bu baxımdan mühüm hadisə kimi qiymətləndirilir. Uzun illər ikitərəfli əlaqələrə mənfi təsir göstərmiş 907-ci düzəlişin tətbiqinin dayandırılması mühümdür. Bu düzəliş keçmişin qalığına çevrilmək üzrədir.Cənab İlham Əliyev müsahibəsində bütün sahələrdə qazanılan uğurları ətraflı şəkildə diqqətə çatdırdı. 2025-ci ilin uğurları cari ilin aydın mənzərəsini təqdim edir. Bütün hədəflərə ardıcıllıqla nail olunması ölkəmizin hərtərəfli inkişafında, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirməsində özünü təsdiqləyir. Azərbaycana beynəlxalq baxış yüksək səviyyədədir.

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri